MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TEMATİK GECƏ
Noyabrın 17-də Sumqayıt gənclər, idman və turzm işləri İdarəsi və şəhərin Gənc müəllimlər şurası Milli dirçəliş gününə həsr olunmuş tematik gecə keçirmişlər.
İdarənin rəisi Musa Həsənov gecədə çıxış edərək, 1988-ci ilin noyabr-dekabr aylarında paytaxtın Azadlıq meydanında baş vermiş hadisələrdən, bu bayramın tarixi əhəmiyyətindən ətraflı danışaraq vurğulamışdır ki, müstəqil dövlətimizin dirçəlişi və inkişafı görkəmli siyasi xadim, millətin xilaskarı, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır.
Gecədə Sumqayıtla tərəfdaş olan Lüdviqshafen şəhərinin gənclərlə iş üzrə məsul işçisi cənab Ziqbert Fuks da iştirak edirdi. Onun səfəri Almaniya Texniki Yardım Cəmiyyətinin “Almanityanın və Qafqazın tərəfdaş şəhərləri arasında qarşılıqlı əlaqə” layihəsi çərçivəsində həyata keçirilir. Cənab Fuks və sumqayıtlı mütəxəssislər gənclərin asudə vaxtının təşkili konsepsiyasını hazırlayaraq müzakirə edəcəklər. Lüdviqshafendə gənclərin istirahətinin təşkili təcrübəsinin öyrənilməsi üçün mütəxəssislər mübadiləsi də nəzərdə tutulmuşdur.
Milli dirçəliş günü Heydər bağında kütləvi gəzinti olmuşdur. Bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
- 06.06.2026 [10:48]
Aşqabadda Səməd Vurğun sorağı
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]