Milli İxrac Strategiyası hökumətə təqdim ediləcək
Bakı, 28 yanvar, AZƏRTAC
Milli İxrac Strategiyası hazırlanaraq əsas icraçı qurumların rəylərinin əldə olunması üçün Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.
O qeyd edib ki, Milli İxrac Strategiyası sentyabrın sonunda Nazirlər Kabinetinə təqdim olunacaqdı. Pandemiya səbəbindən proses təxirə salındı. Beşillik strategiya Avropa İttifaqı ekspertlərinin iştirakı ilə hazırlanır. Məqsəd 2025-ci ilin sonunadək qeyri-neft ixracını artırmaqdır. Milli İxrac Strategiyası Azərbaycanda ixraca yönəlmiş iqtisadi inkişafın, o cümlədən ixracın təşviqi və hüquqi tənzimlənməsinin, həmçinin şirkətlərin ixraca istiqamətləndirilməsi üçün əsas siyasət çərçivəsini müəyyən edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]