Milli Kitabxanada Müstəqillik Günü ilə əlaqədar elektron layihələr hazırlanıb
Bakı, 26 may, AZƏRTAC
Milli Kitabxanada “28 May – Müstəqillik Günü” adlı elektron məlumat bazası və eyniadlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, elektron məlumat bazasında tammətnli resurslar “Rəsmi sənədlər”, “Şərqdə ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlərin fikirləri”, “İstiqlal bəyannaməsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan hökuməti”, “Təhsil”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrində istifadəçilərə təqdim olunub.
Virtual sərgidə müstəqilliyimizin tarixi, dövlətçilik tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Cümhuriyyət yaradıcıları və s. mövzularda dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş edilib.