MİLLİ MƏCLİSİN DEPUTATI İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ KONFRANSDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının, Şimal Şurasının və Benilüks Parlamentlərarası Məşvərət Şurasının insan alverinə qarşı mübarizəyə həsr olunmuş üçtərəfli konfransında iştirak etmək üçün aprelin 24-dən 28-dək Riqa şəhərində səfərdə olacaqdır.
Konfransda demokratik cəmiyyətdə insan alverinə qarşı mübarizənin metodları, bununla bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi, yeni hüquqi təşəbbüslər, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, baş verən cinayətlərdə məsuliyyəti olan şəxslərin cəzalandırılması və digər məsələlər müzakirə ediləcəkdir.