Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçirilib YENİLƏNİB

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasın mühüm bir məsələyə həsr olunduğunu deyib. O bildirib ki, Prezident İlham Əliyev avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib: “Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Belə ki, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı”.

Milli Məclisin sədri deyib ki, böyük liderləri fərqləndirən mühüm xüsusiyyətlər onların dövlətçilik təfəkkürü, strateji və yaradıcı düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə və ardıcıl surətdə həyata keçirir, yeni tarixi reallıqları yaradır. Vaşinqton razılaşmaları da, ilk növbədə, məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı əldə edilmiş razılaşmalar Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir.

Bu hadisənin “Konstitusiya və Suverenlik İli”ndə baş verməsi isə dərin rəmzi məna daşıyır. Ulu Öndərin dövlətçilik irsi və yaratdığı dəyərlər onun layiqli davamçısı olan Prezidentin fəaliyyəti ilə qorunub saxlanılır və daha da zənginləşdirilir.

Milli Məclisin sədri vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk qrupu ləğv olundu. İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaq.

Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.

Bildirilib ki, Vaşinqton razılaşmaları ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərdən biridir və onun “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi rəmzi xarakter daşıyır. Qeyd olunub ki, bu mühüm razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənib. ATƏT-in Minsk qrupunun ləğv edilməsi isə münaqişənin başa çatmasının və əlavə heç bir vasitəçiyə ehtiyac qalmadığının göstəricisidir. Diqqətə çatdırılıb ki, Azərbaycan postsovet məkanında öz ərazisini işğaldan azad etmiş yeganə ölkədir.

Deputatlar bildiriblər ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamə imzalandı, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə edildi. Qeyd olunub ki, bu razılaşmalar, eyni zamanda, Azərbaycanın ABŞ ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir və ölkəmizin beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə öz töhfəsini verəcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizi yaranmaqda olan yeni tarixin mühüm layihəsi olacaq və onun açılması Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, Avropa və Asiyanı, həmçinin bütün Türk dünyasını birləşdirəcək.

Deputatların sözlərinə görə, Ağ Evdə uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması isə ikitərəfli münasibətlərdə yeni və olduqca parlaq bir səhifənin açılmasının simvolu oldu. Onlar ABŞ Prezidenti Donald Trampın bu qərarı məhz Prezident İlham Əliyevin iştirakı ilə imzalamasını dövlətimizin başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsi kimi qiymətləndiriblər.

Qeyd olunub ki, dünyanın fövqəldövləti olan ABŞ və onun paytaxtında qəbul olunan qərarlar bütün qlobal proseslərə təsir göstərir. Çıxış edənlər əminliklə bildiriblər ki, Vaşinqtonda əldə olunmuş razılaşmalar ümumilikdə Cənubi Qafqazın gələcək inkişafında mühüm dönüş nöqtəsi olacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu uğurları artan silsilə ilə davam edəcək, ölkəmiz yeni dünya nizamında öz layiqli yerini qoruyacaq.

Müzakirələr başa çatdırdan sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açıb. Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə edib, həm də regionda yeni geosiyasi reallıqlar yaradıb. Vurğulanıb ki, Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çip istehsalı müəssisələrinin yaradılması planlaşdırılır

Lənkəran-Astara zonasında qısamüddətli leysan olub – FAKTİKİ HAVA

Dosent: Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri sistemli şəkildə inkişaf etdirilir

Türkiyənin xarici işlər naziri Suriyaya səfərə gedib YENİLƏNİB

8 Noyabr prospektinin müəyyən hissələrində təmir işləri həyata keçirilir YENİLƏNİB

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Berlində avtobus ağaca çırpılıb, 15 nəfər xəsarət alıb

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

Madrid - üç məkan, üç fərqli hekayə, bir şəhər FOTOREPORTAJ

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

“Mənim rəngli dünyam”: Qaxdakı rəsm sərgisindən rəngli görüntülər

Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq istəyir

Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026-cı ildə 10 milyard dollar təşkil edəcək

Almaniyanın 30-dan çox şəhərində ifrat sağçılığa qarşı etiraz aksiyaları keçirilib

Kuşner ərazi mövzusunu Ukrayna ilə bağlı danışıqlarda ən çətin məsələ adlandırıb

Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb

İsmayıllıda yol qəzasında bir nəfər ölüb

Bolqarıstan hərbi zavoddakı partlayışın mümkün səbəbi kimi təxribat amilini nəzərdən keçirir

Paytaxtın 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq VİDEO

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq VİDEO

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq VİDEO

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq VİDEO

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək VİDEO

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək VİDEO

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb VİDEO

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb VİDEO

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək VİDEO

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb