Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi həkk olan 1993-cü il 15 iyun hadisəsindən 33 il ötür. Bu tarix müstəqil dövlətçiliyimizin xilası, ölkəmizin gələcək inkişaf yolunun müəyyənləşdiyi taleyüklü bir mərhələdir. Həmin gün xalqın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etdi, dövlət müstəqilliyinin qorunmasını və möhkəmlənməsini təmin etdi.

Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü artıq altıncı ildir ki, qalib xalq kimi böyük qürur və yüksək əhvali-ruhiyyə ilə qeyd edir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpası və torpaqlarımızın azad olunması tarixi ədalətin bərqərar olması ilə yanaşı, güclü siyasi iradənin və qətiyyətli liderliyin təntənəsinə çevrildi.

Bunun davamı olaraq, 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam şəkildə təmin edildi. Eyni zamanda, regionda formalaşan yeni geosiyasi reallıqlar şəraitində Rusiya sülhməramlı qüvvələrinin Qarabağı tərk etməsi və Qazax rayonunun dörd kəndinin sülh yolu ilə Azərbaycana qaytarılması dövlətimizin düşünülmüş, ardıcıl və məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilir. Ötən ilin avqustunda Vaşinqtonda imzalanan iki mühüm sənəd - Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Sazişi və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Azərbaycan diplomatiyasının, konkret olaraq Azərbaycan Prezidenti İlham Əliyevin növbəti uğuru kimi tarixə düşdü.

Tarixi Zəfərlə başlayan yeni inkişaf mərhələsinin əsasları məhz 1993-cü il iyunun 15-də qoyulub. Bu baxımdan, Milli Qurtuluş Günü təkcə bir dönüş nöqtəsi deyil, bu gün əldə etdiyimiz bütün nailiyyətlərin başlanğıcı və möhkəm təməlidir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad, Azərbaycanı isə bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlərlə görüşlərinin birində böyük inam və uzaqgörənliklə söylədiyi sözlər bu gün də xüsusi mənəvi dəyər daşıyır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu - biz onlarsız yaşaya bilmərik”.

Bu fikirlər Ulu Öndərin Qarabağın azad olunacağına olan sarsılmaz inamını əks etdirirdi. Bu gün həmin arzular reallığa çevrilib, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf dövrünə qədəm qoyub.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları 27 ildən sonra gerçəkləşdi. Prezident İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin ruhu şaddır. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, Qarabağa həyat yenidən qayıdır, doğma yurdlar öz əvvəlki simasını bərpa edir.

AZƏRTAC 1993-cü il iyunun 15-dən - Milli Qurtuluş Günündən başlayan və Azərbaycana tarixi uğurlar, dinamik inkişaf, şanlı Zəfər qazandıran şərəfli yola qısa nəzər salır.

Milli Qurtuluş Günündən – 1993-cü il iyunun 15-dən başlayan və Azərbaycanı sabitliyə, tərəqqiyə, beynəlxalq nüfuza, nəhayət, tarixi Zəfərə aparan şərəfli yol ölkəmizin müasir tarixinin ən mühüm mərhələlərindən biridir. Belə ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin taleyində dönüş nöqtəsi oldu. Həmin gün ölkəmizin dərin böhran və tənəzzül mərhələsindən çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymasının başlanğıcı kimi tarixə həkk olundu. Məhz bu tarixdən sonra Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən etibarlı dövlət kimi tanınmağa başladı və dünya birliyində öz layiqli yerini tutdu. Xalqın etimadı və iradəsi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, dövlətçiliyimizin memarı və təminatçısı kimi tariximizdə əbədi iz qoydu.

XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan olduqca mürəkkəb və təhlükəli sınaqlarla üzləşmişdi. Ölkənin parçalanması, müstəqilliyini itirməsi və hətta dünya siyasi xəritəsindən silinməsi təhlükəsi real xarakter almışdı. 1993-cü ilin iyununda isə vəziyyət daha da ağırlaşmış, hakimiyyət böhranı son həddə çatmışdı. Respublikada hökm sürən xaos, anarxiya və idarəetmədəki böhran ölkəni fəlakətə doğru aparırdı. Vətəndaş qarşıdurması artıq silahlı münaqişə səviyyəsinə yüksəlmiş, bu isə təkcə dövlət müstəqilliyinə deyil, bütövlükdə xalqın gələcəyinə və milli varlığına ciddi təhlükə yaratmışdı. 1991–1993-cü illər Azərbaycanın müasir tarixində hərc-mərclik, siyasi qeyri-sabitlik, özbaşınalıq və uğursuz idarəçilik dövrü kimi yadda qalıb. Mövcud vəziyyəti düzgün qiymətləndirə bilməyən, siyasi çəkişmələr və hakimiyyət uğrunda mübarizə ilə məşğul olan o dövrün rəhbərliyi cəmiyyətin etimadını sürətlə itirir, ölkədəki siyasi və sosial böhran isə getdikcə dərinləşirdi. Belə mürəkkəb və taleyüklü şəraitdə xalqın yeganə ümid yeri Heydər Əliyev oldu. Məhz onun siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli addımları sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas edildi, ölkədə sabitlik bərpa olundu və müstəqil dövlət quruculuğunun möhkəm təməli yaradıldı.

Ölkənin üzləşdiyi ağır və mürəkkəb vəziyyət fonunda cəmiyyətdə vahid bir fikir formalaşmışdı: Azərbaycanı bu təhlükələrdən yalnız Heydər Əliyev xilas edə bilər. Xalq öz xilaskar liderini israrla yenidən hakimiyyətə dəvət edir, taleyini onun təcrübəli rəhbərliyinə etibar etmək istəyirdi. Xalqın bu çağırışına cavab verən Ulu Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və qısa müddət sonra ölkə rəhbərliyində məsuliyyəti öz üzərinə götürdü. Bu hadisə Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, vətəndaş qarşıdurması və parçalanma təhlükəsi aradan qaldırıldı, dövlət inkişaf və tərəqqi yoluna qədəm qoydu.

Ümummilli Lider müstəqilliyimizin ilk illərində yaranmış mürəkkəb vəziyyəti belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Öz üzərinə xilaskarlıq missiyasını götürən Heydər Əliyev yalnız mövcud təhlükələri aradan qaldırmaqla kifayətlənmədi, eyni zamanda, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin məqsədyönlü fəaliyyəti və siyasi uzaqgörənliyi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət üçün ciddi təhlükə yaradan qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirildi və genişmiqyaslı sosial-iqtisadi islahatlara başlanıldı. Məhz bu uzaqgörən siyasət sayəsində ölkənin inkişafı üçün əlverişli şərait formalaşdı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı davam edən hərbi təcavüzünün qarşısının alınmasına nail olundu və dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev həmin tarixi gündə belə bəyan etmişdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”.

Bu prinsipə sadiq qalan Ümummilli Lider qarşıda duran problemlərin həllində, ilk növbədə, ölkədə milli həmrəyliyin, vətəndaş birliyinin və siyasi sabitliyin təmin olunmasına xüsusi önəm verdi. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində cəmiyyətdə birlik və sabitlik bərqərar oldu, dövlətin gələcək inkişafı üçün möhkəm təməllər yaradıldı.

Bu inkişaf strategiyasının ilk mühüm nəticələrindən biri 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” oldu. Azərbaycanın enerji siyasətində yeni mərhələ açan bu sənəd ölkənin beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyasını sürətləndirdi. Sonrakı illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi qlobal əhəmiyyət daşıyan enerji layihələrinin təməli qoyuldu. Bu uğurlu strategiya Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə daha da inkişaf etdirildi. Onun rəhbərliyi ilə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi həyata keçirildi, həmçinin Azərbaycan qazını Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizi reallaşdırıldı. Beləliklə, Azərbaycan regionun mühüm enerji və nəqliyyat mərkəzlərindən birinə çevrilərək beynəlxalq nüfuzunu daha da gücləndirdi.

1995-ci ilin noyabr ayında müstəqil Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri baş verdi – ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsasını təşkil edən ilk milli Konstitusiya qəbul olundu. Bununla yanaşı, genişmiqyaslı islahatların həyata keçirilməsi üçün zəruri normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar göstərir ki, Milli Qurtuluş Günü yalnız siyasi böhrandan çıxış nöqtəsi deyil, həm də Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqdan və parçalanma təhlükəsindən xilas olaraq sabitlik, təhlükəsizlik və davamlı inkişaf yoluna qədəm qoyduğu tarixi mərhələnin başlanğıcıdır. Bu gün, həqiqətən də, dövlətimizin və xalqımızın taleyini dəyişdirən əlamətdar tarixdir.

Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsini, ən çətin sınaqlardan uğurla çıxmasını təmin edən Ümummilli Lider Heydər Əliyev ölkə tarixində xilaskar və qurucu lider kimi xüsusi yer tutur. Heç bir mübaliğə olmadan demək olar ki, müasir müstəqil Azərbaycan məhz Heydər Əliyevin siyasi dühasının və dövlətçilik fəlsəfəsinin nəticəsi olan möhtəşəm bir əsərdir. Bu böyük əsərin təməlinin qoyulduğu gün isə 15 İyun – Milli Qurtuluş Günüdür və tariximizin ən şərəfli səhifələrindən biri hesab olunur.

Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən biri də ölkənin gələcəyini etibarlı əllərə həvalə edə biləcək siyasi varis yetişdirməsi oldu. Onun müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, söz sahibi olan və prinsipial mövqeyi ilə seçilən güclü dövlət kimi tanınır.

Son illərdə ölkəmiz Heydər Əliyev ideyalarının işığında mühüm nailiyyətlər qazanıb, xalqımızın uzun illər arzuladığı hədəflər reallığa çevrilib. Müasir Azərbaycan Ümummilli Liderin görmək istədiyi kimi azad, müstəqil, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qüdrətli dövlətdir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır, müasir texniki təchizat və döyüş hazırlığı baxımından bir çox ölkələrin silahlı qüvvələrini qabaqlayır. Xüsusilə 2020-ci il Vətən müharibəsində nümayiş etdirilən peşəkarlıq və Şuşa əməliyyatı kimi hərb tarixində mühüm yer tutan uğurlu əməliyyatlar dünyanın müxtəlif ölkələrinin hərbi təhsil müəssisələrində öyrənilən nümunələrə çevrilib.

Vətən müharibəsində əldə olunan tarixi Qələbə regionda tamamilə yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu gün beynəlxalq ictimaiyyət, ayrı-ayrı dövlətlər və nüfuzlu siyasi mərkəzlər həmin reallıqları qəbul edir və onlarla hesablaşır. Azərbaycan artıq postmüharibə dövrünün əsas təşəbbüskarı və gündəliyini müəyyən edən ölkə kimi çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də bu siyasətin mühüm tərkib hissəsidir. Həmin torpaqlarda müasir infrastruktur layihələri ilə yanaşı, yaşayış məntəqələri və sosial obyektlər inşa olunur, yeni yaşayış komplekslərinin təməli qoyulur. Artıq minlərlə ailə öz doğma yurdlarına qayıdıb və qarşıdakı illərdə on minlərlə insanın azad edilmiş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm quruculuq işləri, regionun yenidən dirçəldilməsi və həyatın bərpası bir daha göstərir ki, bu gün əldə olunan uğurların əsasında Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsipləri, inkişaf strategiyası və milli maraqlara söykənən siyasi kurs dayanır. Azərbaycanın bugünkü qüdrəti və gələcəyə inamla addımlaması da məhz həmin möhkəm təməllər üzərində qurulub.

Azərbaycan xalqı böyük əminliklə inanır ki, Cənubi Qafqazın lider dövləti kimi ölkəmiz qarşıdakı dövrlərdə də yeni uğurlara imza atacaq, beynəlxalq nüfuzunu və siyasi-iqtisadi gücünü daha da artıracaq. Bu inamın əsasını isə Azərbaycanın güclü dövlətçilik ənənələri, həyata keçirilən məqsədyönlü siyasət və ölkəyə rəhbərlik edən qətiyyətli lider amili təşkil edir. Prezident İlham Əliyevin siyasi iradəsi, prinsipial mövqeyi və milli maraqların müdafiəsində nümayiş etdirdiyi ardıcıl fəaliyyət dövlətimizin inkişafını təmin edən əsas amillərdəndir. Dövlətimizin başçısı xalqın və ölkənin maraqlarını hər zaman qətiyyətlə, cəsarətlə və prinsipial şəkildə müdafiə edir.

İllər keçdikcə Azərbaycan tarixində Heydər Əliyevin yeri və rolu daha aydın görünür, onun dövlətçilik fəlsəfəsinin böyüklüyü və siyasi irsinin əhəmiyyəti daha dərindən dərk edilir. Ulu Öndərin ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində gördüyü işlər zamanın sınağından uğurla çıxaraq öz tarixi dəyərini bir daha təsdiqləyir. Qədirbilən Azərbaycan xalqı Ümummilli Liderin dövlətimiz və millətimiz qarşısındakı misilsiz xidmətlərini daim yüksək ehtiram və minnətdarlıq hissi ilə xatırlayır. Onun xalqına bəxş etdiyi sabitlik, təhlükəsizlik, inkişaf və dövlətçilik ənənələri bu gün də Azərbaycanın uğurlarının əsas dayaqlarından biri olaraq qalır.

Müasir Azərbaycan öz inkişaf yolunu məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs əsasında davam etdirir. Bu gün Ümummilli Liderin ideyaları və dövlətçilik məktəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla yaşadılır, ölkəmizi yeni nailiyyətlərə, möhtəşəm uğurlara və tarixi zəfərlərə aparır. Azərbaycanın qazandığı hər bir uğur, möhkəmlənən beynəlxalq mövqeyi, artan nüfuzu və qüdrəti Heydər Əliyev siyasi irsinin həyatiliyinin və uzaqgörənliyinin bariz təzahürü kimi qiymətləndirilir.

Milli Qurtuluşdan başlanan və bu gün Zəfər salnaməsi ilə davam edən inkişaf yolu göstərir ki, Heydər Əliyev ideyaları Azərbaycanın gələcəyinə işıq tutan, ölkəmizi yeni zirvələrə aparan etibarlı yol xəritəsidir. Azərbaycan xalqı da bu yolda dövlətinə və Prezidentinə güvənərək daha böyük uğurların əldə olunacağına inanır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək

Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb

Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyinin kolleksiyasından “çoxbaşlı dəfn”ə aid beş qədim kəllə

Şəki rayonunun aqrar potensialından səmərəli istifadə edilməsi istiqamətində layihələrin icrası davam etdirilir

Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü iştirakçılarının şərəfinə ziyafət təşkil olunub

Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasının finalına hazırlaşır

Almaniyanın Litvadakı briqadasında şəxsi heyətin 80 faizi könüllülər hesabına komplektləşdirilib

Premyer Liqa: Son çempiondan inamlı qələbə

Agentlik: Paytaxtın mərkəzi hissəsindəki yollarda nəzərdə tutulan əsas təmir işləri tamamlanıb

Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri müstəqilliklə bağlı memorandum imzalayıblar

Misirin Bənhə Universitetində tələbələrə Azərbaycan dili üzrə sertifikatlar təqdim edilib

Şamaxıda Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb VİDEO

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb VİDEO

“Neftçi” Elvin Camalovla vidalaşıb

Ayxan Abbasovun millinin heyətini açıqlayacağı tarix bəlli olub

Bu saata olan əsas xəbərlər

Balakəndə aqrar sektorun inkişafı istiqamətində layihələr icra olunur

Tramp: İran tezliklə razılaşma əldə etmək istəyir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

C.Cahangirov adına Xorun bədii rəhbəri: "Xor sənəti və aşıq musiqisi" adlı xüsusi konsert proqramı hazırlayırıq

Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı görülən işlərin hazırkı vəziyyəti nəzərdən keçirilib

Yeni tədris ili münasibətilə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Yeni Dövlət Proqramı Tərtərdə kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir VİDEO

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir VİDEO

Aİ ölkələri Arktikada strateji maraqlarını qorumaq üçün fəaliyyətlərini gücləndirmək niyyətindədir

Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır

Braziliyalı futbolçu: “Şamaxı” ilə matçda heç-heçənin ədalətli olmadığını düşünürəm

Daşkəsəndə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir

Şəmkirdə Dövlət Proqramının icrası diqqətdə saxlanılır - təsərrüfatlara baxış keçirilib

Azad Məmmədov: Şuşa Teatrında dövlət sifarişi ilə “Pənahəli xan” tamaşası hazırlanır

Yeni tədris ilində şimal-qərb bölgəsində 82 min 528 şagird təhsil alacaq

Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib

Krit adasının yaxınlığında miqrant qayığı qəzaya uğrayıb, 1 nəfər ölüb, 20 nəfər itkin düşüb

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

IRENA: 2050-ci ilədək qlobal enerji istehlakında elektrik enerjisinin payı 50 faizi ötə bilər

Avropada qaz anbarlarının doluluq nisbəti 68 faizi ötüb

İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Yeni dərs ili: “Keçiddə məktəb”

AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib

Laşa Amaşukeli: Orta Dəhliz etibarlı Multimodal ticarət sisteminə çevrilə bilər

Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

Professor Nizami Həsənli – Azərbaycan və Türkiyənin elmini inkişaf etdirən alim nümunəsi

“Şəhərsalma və Memarlıq İli”nə dəyərli töhfə: yeni biblioqrafiya hazırlanıb

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib VİDEO

Qarabağ və Şərqi Zəngəzur hazırda dirçəliş və yüksəliş dövrünü yaşayır ŞƏRH

AQTA İtaliyanın identifikasiya ilə bağlı təcrübəsini öyrənir

“İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb

“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edir

Yunanıstanın kosmik robotları Ay və Mars missiyaları üçün sınaqdan keçiriləcək

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

Türkiyəli baş məşqçi: Oyundan razı qalsam da, nəticə məni qane etmədi

Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı VİDEO

Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı VİDEO

Oman LNG ixracı üçün Hörmüz boğazına alternativ marşrutlar yaradılmasına çağırıb

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun layihəsi beynəlxalq elm müsabiqəsinin qalibi olub

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir VİDEO

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir VİDEO

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Anar Kərimov: Seyid Yəhya Bakuvinin irsi İslam mədəniyyətinə ən dəyərli töhfələrdəndir

Sabahdan paytaxtda marşrut xətlərinə 2530 avtobus cəlb edilir

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

Riyaziyyat müəllimi: Texnologiya cavabı sürətləndirə bilər, amma düzgün sualı vermək hələ də insanın işidir

AAYDA-nın sədri Hacıqabul və Şirvan sakinlərinin müraciətlərini dinləyəcək

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

Azərbaycan təmsilçisi basketbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb

İlk zəngdən bir gün qabaq VİDEO

İlk zəngdən bir gün qabaq VİDEO

Neftin qiymətinin artması Azərbaycanın makroiqtisadi sabitliyini dəstəkləyə bilər – ŞƏRH

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

Emin Əmrullayev: Siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır

Yunanıstanda Qərbi Nil virusuna yoluxaraq ölənlərin sayı 30-a çatıb

2027-ci il üzrə bakalavriat təhsil səviyyəsi üçün “Qlobal Koreya” təqaüd proqramı elan edilir

İtaliya 2035-ci ilədək nüvə enerjisi istehsalını bərpa edə bilər

Süni intellekt yarışında iqtisadi fürsətlə milli təhlükəsizliyi necə balanslaşdırmalıyıq? - MÜSAHİBƏ

Naurızbay Taqanulı: Seyyid Yəhya Bakuvinin irsi cəmiyyətin saflaşması məktəbidir

Bu ilin 8 ayında qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin dəyəri məlum olub

Emin Əmrullayev: “SABAH City” layihəsi tələbələri innovasiya mühitinə daha yaxından cəlb edəcək

Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

Məhəmməd Əbdülsalam: Prezident İlham Əliyevin İslam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi

Kral III Çarlz süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək

“Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Azərbaycan Hava Yolları”nın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub

Sosial təminat xidmətlərinin transformasiyasına dair beynəlxalq vebinar olub

Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq

Millinin futbolçusu: Son oyunda vurduğum qolun belə baxımlı alınacağı ağlıma da gəlməzdi - MÜSAHİBƏ

Sertifikatlaşdırmanın ikinci mərhələsində yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq

İsa Həbibbəyli: Seyyid Yəhya Bakuvi Azərbaycan mənəviyyatının dünyaya açılan qapısıdır

Emin Əmrullayev: Məktəblərdə sıxlıq problemi əhəmiyyətli dərəcədə həll olunub

AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir

“Neftçi” futbolçusu ilə yeni müqavilə imzalayıb

Ştutqart Azərbaycan Evində xeyriyyə konserti