MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Tələbələrin, gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə ölkəmizdə hərc-mərclik, xaos və anarxiyanın baş verdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin əbədi və sarsılmaz xarakter almasından, dahi şəxsiyyətin zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində hazırda respublikamızın dünyanın aparıcı dövlətləri sırasında layiqli yer tutmasından danışılmışdır.
Gənclər onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə etmiş və ulu öndərimizin uğurlu dövlət quruculuğu siyasətini hazırda layiqincə davam etdirən Prezident İlham Əliyevin ətrafında daim sıx birləşəcəklərini vurğulamışlar. Bildirmişlər ki, müasir Azərbaycanın banisi Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı günü xalqımızın tarixində ən şanlı səhifələrdən biri kimi qalacaqdır.