MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev 1993-cü ilin iyun günlərini xatırlatmış, o zaman ölkədə hökm sürən anarxiyadan söz açmış, sabitliyin yalnız Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bərqərar edildiyini vurğulamışdır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və başqaları çıxış edərək, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, ölkəmizin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin müstəsna rolundan danışmış, ulu öndərimizin respublikamızın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışlar. Natiqlər ümummilli liderimizin siyasi xəttinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən əzmlə davam etdirilərək xalqımızı işıqlı sabaha apardığını diqqətə çatdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]