Mingəçevirdə “Birlik” düşərgəsi yeniyetmə və gəncləri bir araya gətirib
Mingəçevir, 29 iyul, AZƏRTAC
Mingəçevirdə yeniyetmə və gənclərin iştirakı ilə onların şəxsi inkişafına töhfə vermək məqsədilə “Birlik” düşərgəsi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, düşərgə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evi SXM-nin birgə təşkilatçılığı və “Kür” Olimpiya Tədris-İdman Kompleksinin dəstəyi ilə keçirilib. İkigünlük düşərgədə iştirakçılar üçün müxtəlif təlimlər, intellektual və əyləncəli oyunlar keçirilib, komanda quruculuğu fəaliyyətləri, habelə konsert proqramı təqdim olunub.
Düşərgədə 50-dən çox yeniyetmə və gənc həm yeni biliklər və təcrübə qazanıb, həm də əməkdaşlıq, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək imkanı əldə edib.
Müxbir - Vüsalə Cənnətova