MİNSK HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Minskdə keçiriləcək zirvə görüşündə iştirak etmək üçün noyabrın 27-də Belarus paytaxtına gəlmişdir.
MDB-nin üzvü olan ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Minsk hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Təyyarənin pilləkəni önündə milli geyimli qız Azərbaycan Prezidenti İlham Əliyevə duz-çörək təqdim etdi.
Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Vladimir Ruşaylo böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycan Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.