MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ
Hörmətli cənab Prezident,
Sinay yarımadasındakı kurort zonasında baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 8 oktyabr 2004-cü il.