Misirdə 2017-ci ildə elan edilmiş fövqəladə vəziyyət daha üç ay uzadılıb
Qahirə, 28 aprel, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə 2017-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılması barədə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənəd bazar ertəsi günü rəsmi qəzetdə dərc olunub.
Sərəncama əsasən, Misir Silahlı Qüvvələrinə və Daxili İşlər Nazirliyinə terrorçularla mübarizə və ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində xüsusi səlahiyyətlər verilir.
Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində - terrorçuların iki kilsəyə hücumu nəticəsində onlarla insanın ölməsindən sonra tətbiq edilib. Misir Konstitusiyasına əsasən, bu rejim hər üç aydan bir uzadılır. Ötən həftə ölkə parlamenti koronavirus pandemiyası ilə mübarizə sahəsində də Prezidentə əlavə səlahiyyətlər verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]