Misirdə son sutkada koronavirusdan 22 nəfər ölüb
Qahirə, 29 aprel, AZƏRTAC
Misirdə son sutka ərzində COVID-19 virusundan rekord sayda - 22 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi ölkədə koronavirusdan həyatını itirənlərin 359 nəfərə çatdığını açıqlayıb. Qeyd olunub ki, aprelin 28-də COVID-19 virusuna 260 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 5042 nəfərə çatıb. Bundan başqa, son sutka ərzində 68 pasiyentin sağaldığı, karantin xəstəxanalarında tam müalicə edilənlərin ümumi sayının isə 1324 nəfərə çatdığı bildirilib.
Misirin Baş Naziri Mustafa Mədbuli ötən həftə ölkədə COVID-19 virusuna yoluxma hallarının artacağını söyləmişdi. Hökumət Ramazan ayında karantin rejimini yumşaldıb, amma əhaliyə bir yerə toplaşmamaq barədə xəbərdarlıq edilib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədəki 12 karantin xəstəxanasının rəhbərləri ilə keçirdiyi videokonfransda Səhiyyə nazirinə onların zəruri tibbi ləvazimatla təmin edilməsi barədə göstəriş verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]