Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən
Zati-aliləri,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu gözəl fürsətdən istifadə edərək qəti əminliyimi bildirmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış ənənəvi mehribanlıq və dostluq münasibətləri birgə səylərimiz sayəsində ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək, qarşılıqlı faydalı əməkdaşlıq ruhunda dərinləşəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq diləyirəm. Sizə dərin hörmət bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Hörmətlə,
Nikolaye Timofti
Moldova Respublikasının Prezidenti