MOLDOVADA MDB ÖLKƏLƏRİNİN VII BEYNƏLXALQ İDMAN OYUNLARI KEÇİRİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moldova ilk dəfə Müstəqil Dövlətlər Birliyi ölkələrinin VII Beynəlxalq idman oyunlarına ev sahibliyi edəcəkdir.
MDB ölkələrindən doqquzu idmanın 10 növü üzrə yarışlarda iştirak edəcəyini təsdiqləmişdir. Oyunların proqramına badminton, qadın və kişi voleybolu, daşqaldırma, yüngül atletika, mini futbol, stolüstü tennis, kəndirdartma, stritbol (bir səbətə oynanılan basketbol), tennis və üzgüçülük yarışları daxildir. Yarışlarda iki yaş qrupunda - 35 yaşadək və 35 yaşdan yuxarı 460 idmançı iştirak edəcəkdir.
Birlik oyunları çərçivəsində “MDB ölkələrində bədən tərbiyəsi və kütləvi idmanın inkişafı” mövzusunda elmi konfrans, idman kinosu festival-müsabiqəsi keçiriləcəkdir.
Qaliblər üçün medallar, kuboklar, diplomlar və mükafatlar nəzərdə tutulmuşdur.
Sentyabrın 25-də Böyük Milli Məclis meydanında açılacaq VII Beynəlxalq idman oyunlarının bağlanış mərasimi sentyabrın 28-nə təyin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]