RƏSMİ XRONİKA
Monqolustanın Prezidenti Zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja
Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Monqolustan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyun 2011-ci il.