Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskva və Bakı arasında qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib

Bakı, 5 may, AZƏRTAC

Bakıda “Moskva-Bakı: iki paytaxtın dialoqu” mövzusunda konfrans keçirilib. Tədbir paytaxtlarımız arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə yönələn Bakıda Moskva Günləri çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycan və Rusiya arasında əlaqələrin ali və yüksək səviyyələrdə intensivliyinin artdığını qeyd edib. O deyib: “Əmtəə dövriyyəmizin artımını qeyd etmək fərəhlidir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə bu göstərici təxminən 24 faiz artımla 3,71 milyard dollara bərabər olub. Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcmində artım müşahidə olunur. Rusiya investisiyalarının ümumi toplanmış həcmi 6 milyard dolları üstələyir. O da maraq kəsb edir ki, hazırda Azərbaycanda Rusiyanın iştirakı ilə 1456 müəssisə qeydə alınıb”.

Mixail Boçarnikov “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi iri regional layihələrə də toxunub. “Bu il martın 17-də Baş nazirlərin müavinləri Aleksey Overçuk və Şahin Mustafayevin iştirakı ilə “Xanoba” müasir sərhəd-keçid məntəqəsinin təntənəli açılışı olub ki, bu da yükdaşımaların həcminin artmasına şərait yaradacaq. 2022-ci ildə Bakı və Moskva arasında işə salınan aqroekspreslər - ərzaq daşınması üçün nəzərdə tutulan sürətli qatarlar da fasiləsiz logistikanın təminatına cavab verir. Biz Heydər Əliyevin Rusiya və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına, genişlənməsinə və effektli olmasına yönələn siyasətini davam etdirmək üçün bundan sonra da əlimizdən gələni edəcəyik”, - deyə rusiyalı diplomat sözlərinə yekun vurub.

Moskva hökumətinin naziri, Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeremin qeyd edib ki, konfrans iki paytaxt arasında qarşılıqlı fəaliyyət məsələlərinə həsr olunub. O deyib: “Moskva Günləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirlər palitrasına harmonik şəkildə əlavə edilib. O, müasir Azərbaycan quruculuğuna, o cümlədən sovet dövründə həyata keçirilən iri infrastruktur layihələrinin tikintisinə misilsiz töhfə verib. Heydər Əliyev uzun müddət Moskvada yaşayıb. Paytaxtlar arasında bu dialoqu indi də davam etdirmək bizim üçün çox mühümdür”.

Öz növbəsində, Bakı Şəhər İcra Hakimiyyəti aparatının rəhbəri Ayaz İmaməliyev vurğulayıb ki, ölkələrimiz arasında bu əməkdaşlıq formatı sistemli xarakter alır. “Hazırkı mürəkkəb dünyada qonşular arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Fərəhli haldır ki, bugünkü tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu ildə keçirilir. Ulu Öndərin səyləri sayəsində Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müstəviyə çıxıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim səmimi münasibətlər, strateji tərəfdaşlıq, geniş məsələlər spektri üzrə qarşılıqlı fəaliyyətimiz iki paytaxt arasında əməkdaşlığın inkişafına istiqamətlənib. Bu konfrans əməkdaşlıq və qarşılıqlı anlaşmanın gələcəkdə də genişlənməsinə şərait yaradacaq. Biz təcrübə mübadiləsini davam etdiririk, Moskva və Bakı meriyaları arasında əməkdaşlıq dövlətlərarası münasibətlər çərçivəsində uğurla inkişaf edir.

Bakı regionun mühüm iqtisadi və mədəni mərkəzinə çevrilib. Hazırda Azərbaycan paytaxtında infrastruktur layihələri, o cümlədən şəhər sakinlərinin həyatı üçün rahat şəraitin yaradılmasına böyük töhfə vermiş “Bizim həyət” layihəsi icra olunur. Bu layihənin əsas məqsədi ekoloji təmiz həyətlərin rahatlığı və inkişafıdır. Bakıda bu layihə çərçivəsində 300 həyət abadlaşdırılıb. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə böyük hörmətlə yanaşılır və əhəmiyyətli maraq kəsb edir. Paytaxtda rus dilinin tədrisi üzrə ən iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir, 315 paytaxt məktəbinin 130-da rus dilində tədrisi həyata keçirən bölmə fəaliyyət göstərir. Şəhərin mərkəzində görkəmli rus şairi Aleksandr Puşkinin heykəli ucaldılıb. Eləcə də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı teatr həvəskarları arasında böyük populyarlıq qazanıb. Əminəm ki, Bakıda keçirilən Moskva Günləri və bugünkü konfrans ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm stimul verəcək”, - deyə A.İmaməliyev bildirib.

Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov çıxışında qeyd edib ki, iki böyük şəhər - Moskva və Bakı yüz illər ərzində dostluq edir və qarşılıqlı fəaliyyət göstərirlər, bugünkü görüşümüz bunu təsdiqləyir. A.Şapoşnikov yeniliklər, smart-siti layihəsi, distansiyalı elektron səsvermə və s. barədə söhbət açıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, kiçik və orta biznes sahəsində ölkələrimiz arasında tərəfdaşlığın artmasının və işgüzar biznes-missiya mübadiləsinin şahidi olmaq fərəhlidir. O deyib: “KOBIA tərəfindən bu istiqamətdə iş aparılır, ikitərəfli əməkdaşlığın genişlənməsi və gələcək inkişafı üçün şərait yaradılıb. Agentlik yarandığından bəri Rusiyanın müvafiq strukturları ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Biz Rusiyanın Kiçik və Orta Biznesin İnkişafı üzrə Federal Korporasiyası ilə sıx əlaqələr qurmuşuq və qarşılıqlı anlaşma haqqında ikitərəfli memorandum imzalamışıq.

Agentlik Rusiyanın ictimai birlikləri - “İşgüzar Rusiya” Ümumrusiya İctimai Təşkilatı, “Rusiyanın dayağı” kiçik və orta biznesin Ümumrusiya İctimai Təşkilatı və s. ilə fəal iş aparır. Sadalanan sənədlər sayəsində kiçik və orta müəssisələrə informasiya və marketinq dəstəyi üçün əməkdaşlıq platforması inkişaf edir”.

“Rusiya ixrac mərkəzi” Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin başçısı Nuri Quliyev qeyd edib ki, onların mərkəzi Rusiya və Azərbaycan arasında ticari-iqtisadi qarşılıqlı fəaliyyət mexanizminə dərin inteqrasiya edib. O deyib: “Biz illik əmtəə dövriyyəsinə öz kiçik töhfəmizi veririk: təxminən 500 milyon dollar. Bu, çox ağır işdir və azərbaycanlı dostlarımızın və federal hakimiyyət orqanlarının böyük dəstəyi olmadan mümkün deyildi. Cari tədbir çərçivəsində bizim tərəfimizdən Moskva şirkətləri ilə maraqlı danışıqlar aparıldı. Onların bəziləri ilə yüksəksəviyyəli görüşlərin keçirilməsinə nail olduq. Moskva ixrac mərkəzinin rəhbəri ilə məzmunlu söhbətimiz oldu, biz birgə irəliləyə biləcək oriyentir nöqtələri müəyyən etdik. Düşünürəm ki, çox maraqlı sinergiya olacaq və biz Moskva biznesini Azərbaycana inteqrasiya edə biləcəyik. Yeri gəlmişkən, Moskvada Kreativ Sənaye Agentliyi var, biz artıq həmkarlarla danışmışıq və Azərbaycanda maraq doğuran və tələbat yarana biləcək niş ərzaqlar üzrə birgə əməkdaşlıq istiqamətini müəyyən etmişik. Biz bu işi “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndələri ilə yerinə yetirəcəyik. Azərbaycanda Rusiya, əsasən Moskva şirkətləri üçün rüsumsuz ticarət, sadələşdirilmiş sertifikasiyadan tutmuş bu şirkətlərin Azərbaycan bazarında lokallaşdırılması üzrə əlverişli tədbirlərədək maksimum şərait yaradılıb və bu, hazırda hamı üçün çox aktualdır. Biz Moskva şirkətlərini tam dəstəkləməyə hazırıq”.

Panel sessiyadan sonra “Rahat şəhər mühitinin abadlaşdırılması və formalaşdırılması: Moskva və Bakının təcrübəsi” və “Kreativ sənayenin inkişafı Avrasiya qitəsində paytaxtların iqtisadi inkişafının amili kimi” mövzularında dəyirmi masalar təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar