Moskvanın Azərbaycan icması “Biz birlikdə güclüyük” aksiyasına qoşulub
Moskva, 28 aprel, AZƏRTAC
Şamil Tağıyevin rəhbərlik etdiyi “Moskvanın Azərbaycan icması” regional ictimai təşkilatı “Biz birlikdə güclüyük” aksiyasına qoşulub. Beləliklə, icma Moskvada və Moskva vilayətində yaşayan həmvətənlərimizi karantin dövründə dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, icma bu günə qədər 1000-dən çox aztəminatlı ailəyə kömək edib. Ş.Tağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Koronavirus infeksiyasının yayılması ilə bağlı Azərbaycanın bir çox vətəndaşı işsiz qalıb və onların həyat üçün zəruri olan vasitələrə ehtiyacları var. Biz bu vəziyyətdə onların yanında olmalıyıq. Çoxsaylı həmvətənlərimizə dəstək məqsədilə icmamız tərəfindən “WhatsApp” qrupu yaradıb. Onlar karantin vaxtı ailəni saxlamaq və mənzil kirayəsi ödəmək üçün buraya hər gün maliyyə yardımı ilə bağlı müraciətlər edirlər. Əksəriyyət yardımı dəfələrlə alır. Biz bu aksiyanı ayın sonunadək davam etdirməyi planlaşdırırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]