SİYASƏT
MSK SUMQAYITDA ZONA SEMİNARI KEÇİRMİŞDİR
Mərkəzi Seçki Komissiyası Sumqayıtda 14 dairə seçki komissiyasının və onların əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri üçün zona seminarı keçirmişdir.
MSK-nın üzvləri Habil Orucov, Ramiz İbrahimov və Ənvər Əliyev Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Qobustan, Siyəzən, Qubadlı, Cəbrayıl və Şamaxı seçki komissiyalarının nümayəndələrinə müvafiq normativ sənədlərin tərtib olunması qaydalarından danışmışlar. Seminar iştirakçıları məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkilati məsələlərinə dair təlimat almış, habelə müşahidəçilərin hüquqları ilə tanış olmuşlar.
Mərkəzi Seçki Komissiyasının üzvləri seminar iştirakçılarının çoxsaylı suallarına cavab vermişlər.