MƏDƏNİYYƏT
MSTİSLAV ROSTROPOVİÇ “QREMMİ” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Vaşinqtondan AZƏRTAC-a daxil olan məlumata görə, məşhur həmyerlimiz maestro Mstislav Rostropoviç nüfuzlu “Qremmi” mükafatına layiq görülmüşdür.
Dünya şöhrətli ustad misilsiz ifaçılıq və dirijorluq fəaliyyətinə, habelə “lent yazılarında yaşadığına” görə mükafatlandırılmışdır. Maestronun dediyinə görə, ona verilən mükafat digər nominasiyalardan daha yüksəkdir və bu səbəbdən də ayrıca təqdim edilir. Mükafata layiq görülməsi münasibətilə Nyu-Yorkun ən böyük “Uoldorf-Astoriya” mehmanxanasında Mstislav Rostropoviçin şərəfinə xüsusi gecə təşkil olunmuşdur. Xatırladaq ki, M.Rostropoviçə qədər bu mükafata yalnız 5 musiqiçi - İsaak Stern, Van Klaybern, Georq Şolti, Zubin Meta və İshaq Perlman layiq görülmüşdülər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]