“Müasir dövrdə hüquqi şüurun formalaşması: sosial-psixoloji təhlil” kitabı çapdan çıxıb
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru Südabə Hüseynovanın “Müasir dövrdə hüquqi şüurun formalaşması: sosial-psixoloji təhlil” kitabı nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Rəfiqə Əzimova, rəyçiləri hüquq üzrə elmlər doktoru, professor Mirağa Cəfərquliyev, psixologiya üzrə fəlsəfə doktorları Yamən Vəliyeva və Aydan Səməndərovadır.
Fəlsəfə İnstitutunun elmi şurasının qərarı ilə çap olunan monoqrafiya şəxsiyyətin hüquqi şüurunun formalaşması probleminin nəzəri əsaslarına, müasir dövrdə Azərbaycanda şəxsiyyətin hüquqi şüurunun formalaşması xüsusiyyətlərinə həsr edilib. Nəşrdə şəxsiyyətin hüquqi şüurunun mahiyyət və məzmunu, onun formalaşmasına təsir edən sosial-psixoloji amillər təhlil olunur, hüquqi maarifləndirmənin əhəmiyyəti vurğulanır. Həmçinin müxtəlif yaş mərhələlərində hüquqi şüurun öyrənilməsi ilə bağlı müəllif tərəfindən keçirilmiş tədqiqatın nəticələri oxuculara təqdim edilir.
Monoqrafiya ali və orta təhsil müəssisələrində, islah-əmək müəssisələrində çalışan işçilər, sosial psixologiya, hüquq psixologiyası ilə məşğul olan mütəxəssislər üçün dəyərli vəsaitdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]