ELM VƏ TƏHSİL
“Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XI Respublika tələbə elmi-praktik konfransı keçiriləcəkdir
Bakı, 11 noyabr (AZƏRTAC). Dekabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) tərcümə fakültəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş XI Respublika tələbə elmi-praktik konfransı keçirəcəkdir.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda keçiriləcək konfrans işini tərcümə nəzəriyyəsi, tərcümə tarixi və praktikası, dilşünaslıq, ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq və ictimai elmlər bölmələri üzrə aparacaqdır.
İştirak etmək istəyən tələbə və magistrantlar məruzələrinin tezislərini Azərbaycan, rus və ya ingilis dillərində (elektron və çap variantlarında) dekabrın 6-dək konfransın təşkilat komitəsinə təqdim etməlidirlər (Tel: (012) 441-05-30; E-mail: [email protected]).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]