Muay-tayçılarımız İstanbulda keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıblar
Bakı, 16 fevral, AZƏRTAC
İstanbulda keçirilən muay-tay üzrə Avropa çempionatında Azərbaycan komandası çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, oğlanların yarışında gənclər arasında Rəvan Ağazadə (67 kq), yeniyetmələr arasında isə Natiq Əliyev (42 kq), Amin Əlili (51 kq), Rəvan Qasımov (60 kq), Xəyal Əliyev (63 kq), qızların yarışında isə Emili Rzayeva (67 kq) uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıblar.
Muay-tayçılarımız çempionata Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi altında qatılıblar.