Mülki Aviasiya Agentliyinin kollektivi Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub
Bakı, 16 aprel, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyinin kollektivi rəhbərliyin təşəbbüsünü dəstəkləyərək dünyada pandemiyanın yayılması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərə maliyyə yardımının göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Mülki Aviasiya Agentliyinin və Dövlət Mütəttişliyinin bütün işçilərinin rüblük mükafatlarından pul vəsaitləri köçürülüb.
Bir müddət öncə məlumat verildiyi kimi, agentliyin və Dövlət Mütəttişliyinin rəhbər heyətinin əməkhaqlarından sözügedən fonda pul vəsaitləri ianə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]