MÜNAQİŞƏ ZƏMİNİNDƏ QƏTLƏ YETİRİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xətai rayonu ərazisindəki “Gənclik” parkında Bakı şəhər sakini Qərib Quliyev və Tovuz rayon sakini Firdovsi Kazımov sərxoş vəziyyətdə münaqişə zəminində 40-45 yaşlı kişini döymüşlər.
Kəllə-beyin və boğaz nahiyəsindən xəsarət almış zərərçəkən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamışdır. Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Quliyev və F.Kazımov tutulmuşlar.
Faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]