Münxendə qocalar evində baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb
Berlin, 25 dekabr, AZƏRTAC
Münxendə qocalar evində baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, şəhərin mərkəzindəki tarixi binada yerləşən qocalar evində baş verən hadisə zamanı 60 nəfər təxliyə edilib.
Yanğının söndürülməsi üçün hadisə yerinə 120-dək yanğınsöndürən cəlb olunub, əraziyə giriş məhdudlaşdırılıb.
Təxliyə olunan sakinlər başqa yerlərə köçürülüb. Xəsarət alanların vəziyyətinin ağır olmadığı bildirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]