Musiqi məktəbi Ümummilli Liderin 97-ci ildönümü münasibətilə onlayn tədbir keçirib
Bakı, 14 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə dahi rəhbərin keçdiyi şərəfli ömür yolundan danışılıb və musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri ifa olunub.