“MUSİQİ TARİXİMİZİN SƏHİFƏLƏRİ”
Kitabda müəllifin müxtəlif illərdə yazdığı, respublikamızda və xarici ölkələrdə nəşr olunmuş elmi, tənqidi, publisistik məqalələri toplanmışdır.
Akademiyanın rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli kitaba yazdığı ön sözdə qeyd etmişdir ki, elm sahəsində məhsuldar işləyən Fərəh Əliyeva musiqi həyatının əhəmiyyətli olaylarını operativ işıqlandıran tənqidçi, Azərbaycan musiqi tarixinin yeni maraqlı səhifələrini aşkarlayan alim-tədqiqatçı, dərin məzmunlu mühazirələri ilə nüfuz qazanmış pedaqoqdur. Təsadüfi deyildir ki, alimin yeni kitabındakı məqalələrində də zəngin elmi, ədəbi dil, dərin və müstəqil tədqiqatçılıq yönümü, səhnə, auditoriya duyumu oxucunu ilk sətirlərdən cəlb edir.
Kitabın redaktoru Bəstəkarlar İttifaqının məsul katibi, musiqişünas Lalə Hüseynovadır.
Toplu Azərbaycan musiqisi ilə maraqlanan oxucular, mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]