Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəmləkəçiliyi dövlət siyasətinə çevirən Fransanın Cənubi Qafqaza nüfuz etmək cəhdləri əbəsdir – ŞƏRH

Bakı, 30 noyabr, Rabil Kətanov, AZƏRTAC

Vyetnam, Laos və Kamboca 1880-ci illərdən başlayaraq “Fransa Hind-Çini” adı altında birləşdirilərək Fransanın müstəmləkəsinə çevrildi. Fransa bu əraziləri 60 ildən çox öz tabeçiliyində saxlayaraq ucuz işçi qüvvəsi vasitəsilə xammal əldə edib iqtisadi, siyasi nüfuz dairəsini genişləndirməyə başladı. Özünün müstəmləkəçilik siyasətini “sivil missiya” adlandırsa da, əslində, Fransa iqtisadi maraqlar güdərək bu regiondakı xalqları istismara məruz qoyurdu. Nəticədə Vyetnam xalqı öz vətənində şəxsi mülkiyyətdən məhrum olaraq ağır istismara məruz qalırdı.

Ümumiyyətlə, XVII əsrdən başlayaraq Fransa imperiya siyasətini daha da genişləndirməyə başlayıb. 1800-ci ildə Afrika, Karib dənizi və Sakit Okean ölkələri, həmçinin Cənub-Şərqi Asiyada yaşayan xalqlar Fransanın kolonializm siyasətinin qurbanına çevrildilər. Fransa özünün çirkin niyyətini “yeni torpaqlara sivilizasiya gətirmək” adı altında gizlədirdi. Guya inkişafdan geri qalan regionları modern vəziyyətə gətirməyə çalışan Fransanın əsas məqsədi iqtisadi istismardan ibarət idi.

Fransa Hind-Çininin general-qubernatoru Pol Dümer yazırdı ki, onun qızı və xanımı yerli insanlara “yardım” göstərərək iqamətgahın qarşısına toplaşanlara xırda pullar atırdılar. Şikayətə, yardım almağa və digər problemlərlə əlaqədar general-qubernatorun iqamətgahı qarşısına gələn insanlar isə bir-birilərini itələyərək həmin pulları yığmağa çalışırdılar. General-qubernatorun qızı və xanımı isə bu insanlıqdan kənar mənzərəyə baxaraq əylənirdilər. Paradoksal hal isə ondan ibarət idi ki, bu “mərasimi” onlar “humanizm” adlandırır, yerli xalqa pul verib kömək etdiklərini deyirdilər. 1900-cu ildən 1945-ci ilədək Fransa Hind-Çininə 20-dən çox general-qubernator rəhbərlik edib və onların hamısı eyni “mərasimi” keçiriblər. Tədricən muxtar quruma çevrilən Fransa Hind-Çini korrupsiya və rüşvətxorluq məkanı olmuşdu. Yerli xalqlar ən cüzi problemin həll olunması üçün mütləq fransalı məmurlara rüşvət verməli idilər.

Mümkün müqavimətin qarşısını almaq üçün isə Fransa “parçala və hökm sür” prinsipini əsas götürərək Vyetnamı 3 vilayətə ayırmışdı. Tonkin, Annam və Koçinçina vilayətlərində yaşayan kiçik xalqlar bir-birilərinə qarşı yönəldilir, süni münaqişələr yaradılır və ən xırda məsələlər isə böyüdülürdü. Milli birliyə qətiyyən imkan verilmirdi. Hətta “Vyetnam” sözünü ifadə etmək qadağan olunmuşdu.

Fransa müstəmləkəçilik siyasətini milli nüfuzunu yüksəltmək, beynəlxalq arenada mövqelərini möhkəmləndirmək, iqtisadi qüdrətini artırmaq üçün həyata keçirirdi. Fransalı tarixçi-filosof Ernest Renan yazırdı: “Koloniya milli gücün və var-dövlətin mənbəyidir. Onlar bizə resurs və nüfuz verir ki, bu da bizə böyük dövlətlərin yanında daha böyük və qüvvətli olmaq üçün imkan yaradır”. Alim özünün “Mənəvi və intellektual islahatlar” adlı kitabında yazır: “Fransa dünyada öz sərhədlərini mütləq genişləndirməli, dünyaya nüfuz etməli, mədəniyyətimizi və sivilizasiyamızı qəbul etdirməlidir”. Fransa Prezidenti Qaston Dumberq isə 1930-cu ildə parlamentdəki çıxışında demişdir: “Fransa imperiyasının koloniyalarının ərazisini genişləndirmək bizim borcumuzdur. Bu, Fransanın beynəlxalq arenadakı nüfuzunun möhkəmlənməsi üçün şansdır”. Bu gün Vyetnamın paytaxtı Hanoy şəhərində həmin dövrün vəhşiliklərini əks etdirən muzey fəaliyyət göstərir. Bu muzeydə Fransanın insanların başlarına açdığı oyunlar eksponatlar vasitəsilə ətraflı şəkildə əks olunub.

Bütün bu tarixi proseslərə və Fransanın müasir dövrümüzdəki siyasətinə nəzər yetirdikdə rəsmi Parisin müstəmləkəçilik siyasətini bu gün də davam etdirdiyini görürük. Fərq yalnız ondan ibarətdir ki, XIX-XX əsrlərdə Fransa müstəmləkə siyasətini xalqlara “sivilizasiya bəxş etmək” adı altında həyata keçirirdisə, müasir dövrümüzdə bunu “demokratiya” adı ilə pərdələyərək reallaşdırmağa çalışır.

Fransanın bu siyasəti hərbi cinayətlər və qəddarlıqlar ilə müşayiət olunub. Belə ki, Əlcəzairdə 1 milyon, Vyetnamda 15 min, Madaqasqarda 20 min insan qətlə yetirilib. Fransalı general Embal Jan-Jak Pelisenin qəddarlığı öz ölkəsində belə lənətlə qarşılanmışdı. General 1845-ci ildə 1000 əlcəzairli üsyançını diri-diri yandırmaqla “şöhrət” tapmışdı. Bu hadisə həmin dövrdə bütün dünyanı lərzəyə gətirmişdi.

Belə “şərəfli” tarixə malik olan dövlət bu gün Ermənistanı silahlandırıb Azərbaycana qarşı yönəltməklə heç də ermənilərin qayğısına qalmaq məqsədi güdmür, özünün iqtisadi maraqlarına, dünyada söz sahibi olmaq istəyinə nail olmağa çalışır. Belə tarixə malik olan dövlətin istər Azərbaycana, istərsə də digərlərinə demokratiya dərsi keçməyə haqqı varmı? Rəsmi Paris “Parçala və hökm sür” prinsipini Vyetnamda tətbiq etdiyi kimi, bu gün Cənubi Qafqazda da həyata keçirməyə çalışaraq Ermənistanla Azərbaycan arasında sülhün yaradılmasına imkan vermir. O, Ermənistanda “revanş” hissinə qapılanlara himayədarlıq edir, onları küçə və meydanlara çıxarıb iki dövlət arasında yeni münaqişə alovlandırmağa cəhdlər göstərir. Bütün bunlar isə “demokratiya” pərdəsi altında həyata keçirilir. “Bulanıq suda balıq tutmağ”ın asan olmasını artıq dünya bilir. Fransanın 28 il ATƏT-in Minsk qrupuna həmsədrlik edərək heç bir nailiyyətə nail ola bilməməsinin səbəbləri indi daha aydın görünür. Həmsədrlik dövründə rəsmi Paris, sadəcə olaraq, regionumuzda sülhün hökm sürməsində maraqlı olmayıb. Buna görə də 28 il ərzində “nala-mıxa” vuraraq münaqişənin uzun sürməsinə şərait yaradıb. Qarabağ erməni işğalından azad edildikdən sonra Fransa regionda fəallaşdı. Hansı amillər Fransanı fəallaşmağa vadar edib? Bu suala yuxarıda göstərdiyimiz faktlarla cavab vermişik. Fransa dünyada nüfuzunu artırmağa, regionun təbii sərvətlərinə sahib çıxmağa, Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat dəhlizlərinə nəzarət etməyə, region dövlətləri ilə iqtisadi siyasi əlaqələrə malik digər böyük dövlətlərə gücünü göstərməyə və bu kimi digər amillərə görə Ermənistana himayədarlıq edir. Lakin zaman çox dəyişib. Artıq Azərbaycan 1990-cı illərdəki dövlət deyil. Qarabağın azad edilməsi Azərbaycanın dünya birliyində nüfuzunu daha da artırdı. Fransa isə getdikcə nüfuzdan düşməkdədir. Afrikadan və Asiyadan qovulan rəsmi Paris bunu Cənubi Qafqazla kompensasiya etməyə çalışır. Əminliklə söyləmək olar ki, Fransanın bu cəhdləri iflasa uğrayacaq və o, bölgəmizə nüfuz etməyə nail ola bilməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq