Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik fədailəri
Azərbaycanın müstəqilliyinin bərpası uğurunda mübarizə - 1920-1926

Bakı, 28 aprel, AZƏRTAC

1920-ci il aprelin 28-də XI Qırmızı Ordunun Bakiya daxil olması beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi, parlament və siyasi partiyaların buraxılması, respublika ərazisini zəbt edilməsi, bolşeviklərin müstəqil Azərbaycanı işğal etməsi ilə nəticələndi. XI Qırmızı Ordunun Azərbaycana təcavüzü və onun hərbi hissələrinin dəstəyi ilə yeni Sovet hökuməti qısa müddət ərzində Azərbaycanın qalan hissəsini də nəzarəti altına aldı. Beləliklə, müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı aprel işğalı ilə sona çatdı.

Azərbaycanın işğalından sonra cümhuriyyət dövründə fəaliyyətdə olan bütün siyasi partiyalara bolşeviklər təzyiq göstərərək işğalçı rejimi tanımağa məcbur edirdi. Nəticə etibarı ilə buna müqavimət göstərən siyasi liderlər həbs olunaraq aradan götürülür, sağ qalanlar və həbsdən qaçanlar isə gizli fəaliyyətə keçirdilər. Beləliklə, 1920-22-çi illərdə Azərbaycanda bolşevik işğalına qarşı gizli müqavimət hərəkatı formalaşmağa başlayır və bu öz növbəsində bölgələrdə Sovet işğalına qarşı üsyanlara gətirib çıxarmışdı.

Bolşevik işğalına qarşı gizli müqavimət hərəkatının fəaliyyəti barədə ətraflı məlumat yeni Sovet rejimin yaratdığı Azərbaycan Dövlət Siyasi İdarəsinin (ADSİ) əməkdaşları tərəfindən 1927-ci ildə tərtib edilmiş “Dadaş Həsənov və başqaları” barədə 500518 №-li istintaq işində yer almışdır. Bəs istintaq işində ilk olaraq adı keçən doktor Dadaş Həsənov kim idi?

Dadaş Əbdül Hüseyn oğlu Həsənov (1897-1927) - Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921-1923), Gizli “Müsavatın” Mərkəzi Komitəsinin (MK) sədri (1923-1926). O, 1897-ci ildə Şuşada anadan olmuş, 1901-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 1919-1924-cu illərdə ADR hökuməti tərəfindən təsis edilmiş Bakı Dövlət Universitetinin tibb fakültəsində təhsil almışdır.

1919-cu ildə Dadaş Həsənov, Azərbaycan Cümhuriyyətinin hakim partiyası olan “Müsavat”ın sıralarına daxil olmuşdur. Ölkə XI Qızıl Ordu tərəfindən işğal edildikdən sonra siyasi proseslərə aktiv şəkildə qatılmışdır.

Bolşevik işğalının ertəsi günü, 29 aprel 1920 il tarixində “Müsavat” partiyasının fövqəladə qurultayı keçirildi. Qurultayda cümhuriyyət qurucuları olan "Müsavat" partiyasının daxilində parçalanma baş vermiş və partiyanın yeni yaranmış solçular qolu keçmiş rəhbərliyi ölkəni bolşevik işğaldan qurtara bilmədiyinə görə tənqid atəşinə tutmuşdu. Yeni solçu “Müsavat”ın təşəbbüs qrupuna 25 nəfər daxil idi. Onların arasında Əbdül Vahab Məmmədzadə (Yurtsevər), Mirzəbala Məmmədzadə, Məmməd Sadıq Quliyev, Rasim Qasımov, Seyid Zərgər və başqaları var idi.

Qurultayda “Müsavat” partiyasının təşəbbüs qrupunun 15 nəfəri yeni yaradilmış Mərkəzi Komitəyə seçildi. Mirzəbala Məmmədzadə Mərkəzi Komitənin sədri oldu. Əbdül Vahab Məmmədzadə isə Bakı Komitəsinə rəhbər seçildi.

Qurultay Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və işğalçıların ölkədən çıxarılması uğrunda mübarizəyə başlamaq qərarı verdi. İlkin fəaliyyət işğala qarşı mübarizənin təşkilini iki istiqamət üzrə aparılmasını nəzərdə tuturdu: Azərbaycanın dövlət müstəqilliyinin bərpasının təbliği və işğalçılara qarşı silahlı üsyanın təşkili.

Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədi ilə MK nəzdində hərbi təşkilat yaratmışdırlar. 1923-cü ilə qədər hərbi təşkilatın ümumi rəhbəri Dadaş Həsənov olmuşdur. Sonralar bu təşkilatın idarəçiliyinə Məmməd Sadıq Quliyev, Əhməd Hacınski, İbrahim Axundzadə, Əli Hüseyn Dadaşev və İsfəndiyar Vəkilov cəlb olunmuşlar.

Hərbi təşkilatın aşağıda göstərilən şöbələri olmuşdur:

Yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan təşkilat şöbəsi;

Qızıl Ordu hissələri haqqında kəşfiyyat xarakterli məlumatların əldə edilməsi ilə məşğul olan operativ şöbə;

Üsyançıları silah və sursatla təchiz edə biləcək təchizat şöbəsi;

Azərbaycanın dövlət müstəqilliyin bərpası ideyalarını, işğalçılara qarşı silahlı üsyana qalxmağın və strateji obyektlərin ələ keçirilməsinin vacibliyini təbliğ edən təşviqat şöbəsi. Bu şöbənin fəalları həm də Qızıl Ordunun əsgər və zabitlərinin öz tərəflərinə cəlb edilməsi işini həyata keçirirdilər.

1922-ci ildən başlayaraq, gizli təşkilat “İstiqlal” adlı qəzet yayımlamağa başlamış və kiçik həcmdə cəmi 18 nömrə nəşr edə bilmişdi. Bununla yanaşı Müsavat partiyasının proqramı və müxtəlif təbliğat vərəqələri çap olunub yayılırdı.

Eyni zamanda Bakı Komitəsi nəzdində də hərbi təşkilat fəaliyyətdə idi. Ona Nurulla Qulubəyov (təşviqat işləri), İbrahim Axundzadə (təşkilat məsələləri), Nurulla Rzabəyov (təchizat), Mövsüm İbrahimov (rabitə), İbrahim Atakişiyev (hərbi qruplarla iş) başçılıq edirdilər. Təşkilatın fəaliyyətində həm də Mövsüm Bəydəmirov və Nəsrulla Rzabəyli də fəal iştirak edirdilər.

Bakı Komitəsi nəzdində olan hərbi təşkilatın rəhbərləri Bakını sektorlara bölərək, onların hər birində özəklər yaratmışdılar. Üsyan başlayan kimi bu özəklərin rəhbərləri xalqı səfərbər etməli idilər.

Qızıl Ordu hissələrində aparılan təbliğat nəticəsində müsavatçılar öz tərəflərinə çoxlu zabit cəlb edə bilmişdilər. 1923-cü ildə “Müsavatın” gizli hərbi təşkilatının özəkləri Bakıdakı hərbi və aviasiya məktəblərində, Az.SSR-in atlı qoşun hissələrində, Gəncədə yerləşən diviziyanın 3-cü alayında olmuşdu.

Gizli hərbi təşkilat həm də öz nümayəndələri vasitəsi ilə Qızıl Orduya məxsus məxfi məlumatları da əldə edərək Dadaş Həsənov və Əhməd Hacınskiyə ötürürdü.

1921-ci ildə gizli “Müsavat” Gürcüstanın müstəqillik hərəkatı ilə əlaqə yaradaraq bolşeviklərə qarşı birgə silahlı üsyan planını hazırlamışdı. Bununla əlaqədar Mirzəbala Məmmədzadə üç dəfə Tiflisdə olmuş, Gürcüstanın gizli hərəkatının rəhbərlərindən biri olan Silvestr Cibladze ilə bu barədə razılığa gəlmişdir. Daha sonra Əlövsət Nəcəfov, Dadaş Həsənov və Əli Yusifzadə gürcülərlə əlaqədə olmuşdular. Lakin son olaraq onlarla birlikdə üsyan etmək planlarını həyata keçirmək mümkün olmadı.

Bununla belə, 1922-ci ilin dekabrında gizli “Müsavat”ın hərbi təşkilatı SSRİ tərkibinə qatılmağın əleyhinə Azərbaycanı bürümüş silahlı üsyanlar təşkil etmişdir. Həmin dövr ərzində Azərbaycanın bir çox bölgələrində bolşevik rejiminə qarşı üsyanlar təşkil olunmuş, o cümlədən Sovet obyektlərinə qarşı təxribatlar həyata keçirilmişdir. Lakin Qızıl Ordu ölkə ərazisində baş verən üsyanları amansızcasına yatırmış, 200 nəfərə kimi insan həbs edilmişdi.

Eyni zamanda Azərbaycan Dövlət Siyasi İdarəsi (ADSİ) “Müsavat”ın Gürcüstanın müstəqillik hərəkatı ilə bolşevik rejimi əleyhinə birliyin yaradılması cəhdlərinin və ümumilikdə, “Müsavat”ın gizli fəaliyyətinin izinə düşərək müsavatçılara ağır zərbələr endirmiş, Əbdül Vahab Məmmədzadə, Rəhim Vəkilov, Kərbəlayı Vəli Mikayılov və bir çox başqa nümayəndələrini həbs etmişdi. Həbs olunanlar arasında tək müsavatçılar deyil, “Müsavat”la əlaqəsi olmayan digər Azərbaycan ziyalıları da var idi.

Şiddətli təqiblərə baxmayaraq, müsavatçılar dağıdılmış təşkilatın fəaliyyətini bərpa edə bildilər. 1923-cü ilin noyabrında müsavatçılar Dadaş Həsənovun evində toplantılarını keçirdilər. Burada tərkibində Dadaş Həsənonun, Əhməd Hacınskinin, Əbülfəz Babayevin, Əbdül Əbdülzadənin, Əli Yusifzadənin olduğu MK-nın yeni heyəti seçildi. MK sədri Dadaş Həsənov, katibi isə Əhməd Hacınski təyin olundu.

1924-ci il ərzində gizli təşkilat əsasən repressiya olunmuş müsavatçıların ailələrinə yardım etmək üçün maddi vəsaitlərin tapılması ilə məşğul olmuşdur.

1925-ci ilin əvvəlindən başlayaraq gizli təşkilat öz işini yenidən fəallaşdırmağa başladı. Dadaş Həsənovun evində keçirilən toplantıda gizli “Müsavatın” Mərkəzi Komitəsinin D. Həsənov (sədr), Ə. Hacınski (katib), Ə. Babayev, M. H. Vəliyev (Baharlı) və R. Vəkilovdan ibarət yeni tərkibi təsdiqləndi. Bakı Komitəsinin də yeni tərkibi elan edildi. Onun Mir Əbdül Qəni Mir Qasımov, Qəzənfər Sultanov (Pedaqoji institutun tələbəsi), Süleyman İsrafilov (Tibb institutunun tələbəsi), Həbib Məmmədov (N. Nərimanov adına texnikum müəllimi) ibarət yeni üzvləri seçildi.

Eyni zamanda müsavatçıların qəzalarda da işləri fəallaşmış, “Müsavat”ın Qarabağ təşkilatı daha da güclənmiş və 1925-ci ilin yayında Dadaş Həsənovun iştirakı ilə təşkilatın Şuşada toplantısı keçirilmişdir.

Gizli “Müsavat”ın hərbi təşkilatı fəaliyyət göstərsə də, silahlı üsyan planları müvəqqəti olaraq təxirə salınmışdı. Daha çox təbliğat işləri həyata keçirilirdi. Müsavatçılar mühacirətdə olan Məmməd Əmin Rəsulzadənin kitablarını və müstəqilliklə əlaqədar müxtəlif mövzulara həsr edilmiş təbliğat vərəqələri yayırdılar. Müsavatçılar öz tərəfinə təkcə bitərəfləri və istiqlal tərəfdarlarını deyil, həm də kommunistləri çəkirdilər. Ona görə bolşeviklərin arasında da xeyli gizli müsavatçı fəaliyyət göstərirdi.

Bununla belə, 1926-cı ilin əvvəllərində gizli “Müsavat”ın fəaliyyətini nəzarət altında saxlayan ADSİ, bu təşkilatın fəal üzvlərini həbs edərək istintaqa cəlb etmişdir.

Gizli təşkilatın darmadağın edilməsi əməliyyatı 1926-cı ilin oktyabr ayına qədər davam etmiş və ümumilikdə 34 nəfər həbs edilmişdir. Onları gizli təşkilatın və onun hərbi qolunun bərpa edilməsində, casusluq fəaliyyətində, xarici dövlətlərə kəşfiyyat xarakterli məlumatların ötürülməsində, AK(b)P-ni və dövlət strukturları içəridən dağıtmaq cəhdlərində, Azərbaycanda hakimiyyəti ələ keçirmək cəhdində ittiham etmişdilər.

28 fevral 1927-ci il tarixli ADSİ kollegiyasının məhkəmə iclasının qərarı ilə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov və Mir Bağır Seyid Rzayev güllələnməyə, gizli təşkilatın qalan üzvləri isə altı ildən on ilə qədər sürgünə məhkum edilmişlər. Qərar 6 aprel 1927-ci il tarixində yerinə yetirilmişdir.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş müstəqillik fədailərinin arzuları 30 avqust 1991-ci ildə həyata keçir. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edir. Yalnız 65 il sonra, 1992-ci ildə vətən uğrunda şəhid olmuş bu fədakar insanlar bəraət qazanırlar.

Qivami Rəhimli

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO