MUZEYİN VİRTUAL VARİANTI YARADILIB
İnternet sayta muzeyin yaradılmasının tarixinə dair, ümummilli liderimiz Heydər Əliyevin onun açılışında iştirakını göstərən eksponatlar və sair məlumatlar daxil edilmişdir.
İnternet vasitəsilə virtual varianta tamaşa edənlər musiqi sədaları altında muzeyin zallarına səyahətə çıxır, böyük şair və dramaturqun əsərləri ilə tanış olurlar. Muzeyin virtual variantına Hüseyn Cavidin əsərlərinin latın qrafikasında külliyyatı, şairin fransız dilində “Seçmələr”i, 3 cildlik “Cavidşünaslıq toplusu”nun birinci cildi və s. yerləşdirilmişdir.
Muzeydən onu da bildirmişlər ki, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının ildönümü gününə qədər muzeyin internet saytına “Cavidşünaslıq toplusu”nun qalan cildləri, bu yaxınlarda şairin İranda fars dilində işıq üzü görmüş “Şeyx Sənan” pyesi də daxil olunacaq, virtual variantın kompakt diskinin təqdimat mərasimi keçiriləcək və o da internet saytında yer alacaqdır.