Muzeylərdə "Açıq qapı" günü elan olunur
Bakı, 15 may, AZƏRTAC
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.
Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [15:33]
Əsgəran Silah Muzeyi yaradılır – EKSKLÜZİV
- 15.05.2026 [14:55]
Milli İncəsənət Muzeyi WUF13 çərçivəsində yeni layihələr təqdim edəcək
- 15.05.2026 [14:41]
Praqanın mərkəzində Azərbaycan rəssamının sərgisi
- 15.05.2026 [14:26]
Kəlağayı sənətinin gözəlliyi Bakıda festival ab-havası yaradacaq
- 15.05.2026 [14:02]
Xaqani Şirvaninin 900 illiyinə həsr olunan videomaterial hazırlanıb
- 15.05.2026 [13:55]
Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatı olub
- 15.05.2026 [13:51]