ELM VƏ TƏHSİL
Nanohissəciklərin biotibdə istifadəsi - MBBİ-də elmi seminar
![](/files/galleryphoto/2024/2/1200x630/1717587102145649801_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175871023989110136_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717587102552323228_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717587102301941879_1200x630.jpg)
Bakı, 5 iyun, AZƏRTAC
Türkiyənin Mardin Artuklu Universitetinin professoru Cumalı Keskin Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) olub.
Alim MBBİ-nin laboratoriyaları ilə tanış olub, ona aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, daha sonra Cumalı Keskinin iştirakı ilə “Nanohissəciklərin biotibdə istifadəsi” mövzusunda elmi seminar keçirilib. Seminarda, həmçinin Bakı Dövlət Universitetinin əməkdaşları iştirak ediblər. Türkiyəli alim nanohissəciklərlə bağlı aparılan tədqiqatlardan danışıb. O qeyd edib ki, hazırda çoxlu sayda müxtəlif ölçüdə nanohissəciklərin alınma üsulları işlənilib və çoxsaylı tətbiq sahələri mövcuddur. Nanohissəciklərin biotibdə, xərçəng xəstəliyinin müalicəsində, toxumaların bərpasında istifadə olunması yolları sahəsində intensiv elmi tədqiqatlar aparılır. Cumalı Keskinin çıxışı ətrafında müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.
Seminarın sonunda MBBİ-nin direktoru akademik İradə Hüseynova qonağa maraqlı çıxışı üçün təşəkkür edib və bu sahədə iki qurum arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb.