İDMAN
“Napoli” “Zaltsburq” klubunu böyük hesabla məğlub edib
Bakı, 8 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 7-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mərhələnin maraq doğuran oyunu Neapoldakı “San Paolo” stadionunda oynanılıb. “Napoli” doğma azarkeşlər önündə Avstriyanın “Zaltsburq” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.
“Napoli”nin heyətində Arkadiuş Milik (10), Fabian (18) və Jerom Onguene (58 ) fərqləniblər.
Digər oyunlarda növbəti hesablar belə olub:
“Çelsi” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) - 3:0;
“Napoli” (İtaliya) - “Zaltsburq” (Avstriya) - 3:0;
“Valensiya” (İspaniya) - “Krasnodar” (Rusiya) - 2:0.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [14:10]
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
- 01.05.2024 [13:51]
“Sərhədçi”nin baş məşqçisi: Çempion olmaq istəyirik və buna köklənmişik
- 01.05.2024 [11:35]