“Nargis” fondu xeyriyyə kampaniyasını davam etdirir
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu gündən “Nargis” fondu Bakı, paytaxt ətrafı və Sumqayıt üzrə 40-dan çox yaşlı vətəndaşı bir aylıq ərzaq məhsulları ilə təmin edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində quruma virusla əlaqədar köməyə ehtiyacı olan müxtəlif kateqoriyalı insanlar tərəfindən çoxlu müraciətlər daxil olub. “Nargis” fondu müraciət etmiş şəxslərlə əlaqə saxlayaraq onları qeydiyyata alıb.
Hazırda fond xeyriyyə kampaniyasını davam etdirir. Bu xeyirxah işdə onlara qoşulmaq, vətəndaşlarımıza dəstək olmaq istəyən hər kəs fonda müraciət edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [11:19]
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
- 13.10.2026 [11:01]
Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
- 13.10.2026 [10:51]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
- 13.10.2026 [10:46]