Narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan İstiqlal Muzeyində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edilib.
Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.
Qeyd edək ki, narkomaniyaya qarşı mübarizə mövzusunda təşkil edilmiş tədbir Prezident İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təsdiq olunmuş 2019-2024-cü illər üçün “Dövlət Proqramı”na uyğun olaraq keçirilib.