NARKOTİK MADDƏ ALVERÇİLƏRİ YAXALANMIŞLAR
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncədəki qərb regional bölməsinin əməkdaşları Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik maddə olan marixuana aşkar etmişlər.
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Oğuz rayonunun Mollalı kənd sakinləri - 1961-ci il təvəllüdlü Kamal Əzizov və 1970-ci iı təvəllüdlü Nəbi Nəbiyev 27 kiloqram marixuananı 8 min ABŞ dollarına satarkən yaxalanmışlar. İstintaq zamanı hər iki şəxs həmin maddələrin narkotik olmasından xəbərsiz olduqlarını söyləsə də, yaxın günlərdə istintaq cinayət əməlinə aydınlıq gətirəcəkdir.