NARKOTİK VASİTƏLƏRİN ALIŞI VƏ SATIŞI İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hənifə Abdullayevdən 0,521 qram, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları isə Sabirabad rayon sakini Mehman Əliyevdən 0,017 qram heroin götürmüşlər.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Qəribəli Şəbiyevdən 2,585 qram, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Namiq Əzizovdan 0,234 qram heroin aşkar edərək götürmüşlər.
Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Balaxan Allahverdiyev 0,223 qram heroini satarkən tutulmuşdur. Qaradağ Rayon Polis şöbəsi əməkdaşları tərəfindən isə Lökbatan qəsəbə sakini Bəxtiyar Nuriyevdən 7,85 qram həşiş götürülmüş, narkotik vasitəni ona satmış Lökbatan qəsəbə sakini Bəxtiyar Aydayev saxlanılmışdır.
Faktlarla bağlı cinayət işi açılmış, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]