NARKOTİK VASİTƏLƏRİN ALIŞI VƏ SATIŞI İLƏ MƏŞĞUL OLAN VƏTƏNDAŞLAR TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Davud Səlimovdan 0,031 qram heroin aşkar edərək götürmüşlər. Binəqədi Rayon Polis İdarəsi 6-cı bölməsinin əməkdaşları isə Bakı şəhər sakini Elşən Süleymanovdan 1,063 qram heroin müsadirə etmişlər.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Cəlilovdan 1,162 qram, Nizami Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Məmmədovdan 0,233 qram, İlqar Yunusovdan 0,281 qram, Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları Şirvan şəhər sakini Elxan Hacıyevdən 0,269 qram, 35-ci bölmənin əməkdaşları Bakı şəhər sakini Ağalar Səfərovdan 0,221 qram heroin, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları isə Bakı şəhər sakini Cavid Məmmədovdan 6,13 qram marixuana aşkar edərək götürmüşlər.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbə sakini Elşad Novruzovdan 1,065 qram heroin müsadirə edilmiş, narkotik vasitəni ona satmış Nail Nəcəfov tutulmuş, ondan 1,049 qram heroin aşkar edilərək görütülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.