Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin mənzilindən 9 kiloqramdan çox heroin aşkarlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onda 60 qramdan çox heroin aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi götürülüb.