Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən heroin aşkarlanaraq götürülüb
Bakı, 1 fevral, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən heroin aşkarlanaraq götürülüb Yasamal rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 305 qram, yaşadığı mənzildən isə 1 kiloqram 831 qramdan artıq heroin, 2 kiloqram 72 qramdan çox metamfetamin, 256 qramdan artıq tiryək və 2 elektron tərəzi aşkarlanıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini Q.Həmidli Yasamal rayonunda yaxalanıb. Axtarış zamanı ondan 1 kiloqram 500 qram heroin, 460 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.