Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

NATAVAN ƏLİYEVA: “...Mənim fərdi hədəfim və şəxsi məqsədim zamanın təsirinə, tendensiyalar, trendlərə məruz qalmayan yaradıcılıqdır...”

Bakı, 18 dekabr, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycan qadınları həm keçmişdə, həm də müasir dövrdə gözəl geyinməyi seviblər. Demək olar ki, əcdadlarımız rənglərin, parçaların, naxışların, aksesuarların vəhdəti üzrə heyrətamiz dərəcədə zərif zövqə malik olublar. Milli geyim bu gün də bizi valeh edir, dizaynerlər isə yüzilliklər ərzində əldə olunmuş ənənələrdən istifadə edərək, onları öz kolleksiyalarında nümayiş etdirir, podiumlarda moda ilə bağlı ən rəngarəng nümunələr təqdim edirlər. Tez-tez bu kolleksiyaların qonaqları həmyerlimizi təbii rəng hissi və onun birləşmələri ilə fərqləndirir, dünyaşöhrətli kutyure Vyaçeslav Zaytsevin yanında təhsil almış istedadlı Natavan ƏLİYEVANIN yaratdığı NATAVAN kolleksiyalarını bəyənirlər. NATAVAN geyimləri və onun müasir qadın paltarlarına qeyri-standart baxışı çoxdandır ki, populyarlıq qazanıb, İçərişəhərdə yerləşən “NATAVAN Art Gallery” təkcə moda kolleksiyalarının yarandığı məkan deyil, həmçinin dizaynerin uzun illər ərzində milli geyim və bəzək əşyalarından ibarət topladığı şəxsi kolleksiyadır. Onlar tez-tez Natavan Əliyevanın iştirak etdiyi dəfilələrin bir hissəsinə çevrilir.

-NATAVAN kolleksiyası müxtəlif formatlı moda sərgilərində kifayət qədər çox təqdim edilir. Bu, dizayner kimi sizə nə verir?

-Özümü dünyaya təqdim etməyi! Həm də mənim müxtəlif moda tədbirlərində daha çox iştirak etməyimə imkan verir. Pandemiyadan sonra bu sahədə “ehtiraslar” bir az sakitləşdi, amma tədricən hər şey öz əvvəlki axarına qayıdır. Mənim yaradıcılığıma olan böyük maraqla bağlı tez-tez maraqlı tərəflərin şəxsi dəvətlərini alıram. Bundan o nəticəyə gəlirəm ki, əvvəlki dəfilələr də öz rolunu oynayıb və NATAVAN kolleksiyaları artıq özünü göstərə bilib. Peşəkarlıq nöqteyi-nəzərindən artıq mənim işimlə maraqlanırlar. Mənə çoxlu zənglər, o cümlədən müştərilərimdən müraciətlər daxil olur. Zənnimcə, əgər hər hansı bir insan mənə müraciət edirsə və onun məni dizayner kimi daha yaxından tanımaq arzusu varsa, onda belə müraciətlərə diqqətlə yanaşmaq lazımdır. Bunu təkcə Bakıda yox, həm də bütün xarici dəvətlərdən istifadə edərək nümayiş etdirmək zəruridir. Sadəcə tanış olmaq lazımdır. Öz yaradıcılığını göstərmək gərəkdir. Onu dünya bazarına çıxarmaq lazımdır. Axı mən təkcə geyim dizayneri deyiləm. Həm də mədəniyyətimizi yaradan etnik dizaynerəm. Bunların hər bir təzahüründə hansısa yenilik etmək istəyirəm. Hətta kolleksiyalarımda ciddi qara rəng qammasında müasir geyimlər çox olsa da, “gözmuncuğu” stilində aksesuardan istifadə etmək və Şərq ənənəsinə müraciət etmək maraq doğuracaq. Bu cür incəliklər vasitəsilə mən yaradıcılığımı “şifrələyirəm”, onları bizimlə tanış olmağa sövq edirəm. Biz azərbaycanlılar kimik? Bizim mədəniyyətimiz, ənənələrimiz və sairə nədən ibarətdir? Axı biz hərtərəfli və ən zəngin milli irsə malikik. Ölkəmizdə çoxlu etnik qruplar var, bu, mədəniyyətimizi daha parlaq, gözəl, zəngin edir. Xalçalarımıza diqqət yetirin! Kulinariya nümunələrimizə baxın! Təkcə müxtəlif növləri olan plovu bizim şərti xalçamız kimi qəbul etmək olar! Ənənəvi geyimlərimiz və bəzək əşyalarımız ayrıca bir zövq mənbəyidir! Bütün bu möhtəşəm rəngarəng incəliklər məni o dərəcədə valeh edir ki, onlardan imtina edə bilmirəm!

-Sizin mədəniyyətimizi qiymətləndirmək üzrə müşahidə təcrübəniz var. Bu, NATAVAN kolleksiyası vasitəsilə müxtəlif ölkələrdə və fərqli insanlar arasında mövcuddur...

-Həmişə açıq-aşkar heyrət hissi ilə qarşılaşmışam! Azərbaycan mədəniyyəti ilə tanış olan hər kəs sadəcə ona biganə qala bilmir. Azərbaycan bu gün məhz belə bir reputasiyaya malik olan ölkədir! Prezidentimizin gördüyü işlər dünyanın siyasi aktorlarını bizim dövlətlə hesablaşmağa məcbur edib. Xatırlayıram ki, o, 44 günlük müharibə günlərində hər bir jurnalistə yaranmış vəziyyətlə bağlı təmkinlə və dəqiqliklə öz nöqteyi-nəzərini izah edirdi. Azərbaycanın mövqeyini o dərəcədə əsaslandırılmış çatdırırdı ki, dünyanın bütün aparıcı KİV-lərinin nümayəndələri onu qəbul edirdi. Bütün bunlar bir dildən başqa dilə keçdiyində daha alicənab şəkildə təqdim olunurdu. Mən valeh olmuşdum. Bu misilsiz töhfə sayəsində Azərbaycan elə bir hörmət qazandı ki, bu gün, üstündən müəyyən vaxt keçəndən sonra hansı ölkəni təmsil etdiyimi xatırladanda, bizə münasibətin necə dəyişdiyinin şahidi oluram. Mən bütün bunları əvvəlki illərdə qazandığım şəxsi təcrübəmə əsaslanaraq deyirəm. O vaxtlar da bizi yaxından tanıyanlar ölkəmizə müsbət yanaşırdılar. Amma indi onlar bizə böyük sevgi ilə yanaşırlar! Bu və ya digər ölkəyə gəldiyimdə, belə entuziazmın, səmimiyyətin, qonaqpərvərliyin şahidi oluram və bu, çox xoşdur. Bunların hamısı həmin günlərin... yüksək səviyyədə keçirilən həmin görüşlərin nəticəsidir. Buna görə dövlətimizin rəhbərinə dərin minnətdarlığımı bildirirəm. Həm də təkcə ona deyil... Onun bütün ailəsi Azərbaycan mədəniyyətinin düzgün və hərtərəfli təbliği sahəsində çoxlu əmək sərf ediblər. Bu, heç də asan iş deyil...

-Həm də təkcə sözdə deyil. Bizim birinci xanım öz geyimlərində ənənəvi elementlərdən nəcibliklə istifadə edir!

-Bu, ayrıca qürur və hörmət əlamətidir! Mən moda evinin geyimlərində milli motivlərin cəlb olunması ilə tanınan istedadlı dizayner Faiq Kərimovla tanışam. Bilavasitə onun qonağı olmuşam və bu dizaynerin öz geyimlərinə xüsusi naxışları əlavə edərək həmin sahədə necə dəqiqliklə çalışdığını görmüşəm. Dizaynerlərimizin Azərbaycanın mədəni sərvətinə daha çox müraciət etməsi mənim üçün xoşdur. Həm də onlar bunu dövlətin birinci şəxslərinin dizaynların nəticələrinin nümayiş etdirilməsinə imkan yaratdıqları səviyyədə edirlər.

-Sizin kolleksiyalarınıza qayıdaq. Öyrənmək istərdim, siz dəvət aldığınız bu və ya digər tərəf üçün onları xüsusi olaraq seçirsiniz?

-Bunların xüsusən seçildiyini söyləməzdim. Bu, daha çox bədahətən gələn bir hissdir. Belə desək, “barmaqların ucunda”. Məsələn, Sankt-Peterburq haqqında düşünəndə, oraya parlaq və rəngarəng kolleksiya apardım, Qazaxıstan üçün isə daha çox soyuq rəng qammasında olan geyimləri seçdim. Belə alınıb ki, nümayişlər təkcə coğrafi deyil, həm də kolleksiyaların tərkibinə görə təşkil edilib. Bu, nə üçün belədir? Çünki burada məsələ təmiz intuisiyadan ibarətdir! Ona inanıram, çünki intuisiya haraya hansı rəng qrupunu aparmaqda mənə kömək edir.

-Belə olan halda bir sual meydana çıxır. NATAVAN kolleksiyalarının ümumi dəsti varmı? Yaxud siz hər hansı fərqliliyi bir araya gətirə bilirsiniz?

-Mən hər şeyi qarışdıraraq bir araya gətirə bilərəm. Çünki mənim ümumilikdə kapsula kolleksiyalarım var. Burada uyğun parça, tekstura, çap üsulları daha çox rol oynayır... Lakin geyimləri yaradarkən fikir verdim ki, onlar öz-özlüyündə “bir-biri ilə yaşamağa” başlayırlar. Bununla da vəhdət və vizual “kəsişmələr” üçün geniş imkanlar yaranır. Nəticədə, yaradılan kapsula kolleksiyası yekunda yenidən formalaşır və mən onun yeni, aktual formatını əldə edirəm.

-Bu, ayrıca geyim nümunəsinə də aiddirmi?

-O, müstəqildir! Onun üçün yalnız qayğı və savadlı yanaşma tələb olunur.

-Şıltaqlıq edir?

-Çalışıram ki, parçanı yaxşı seçməklə, onun tikilişi və konstruksiyasını yüksək səviyyədə aparmaqla ona bu imkanı verməyim. Yeganə “şıltaqlar” kəlağayılardır. Bu da onun ipək strukturu ilə bağlıdır. Bu prosesdə quru təmizlik olmalıdır. Belə ki, bu, tamamilə əl işindən ibarətdir. Qalanlarında isə parçalarından istifadə edərkən, onların üzərində işləmək daha asandır. Ona görə də geyimləri təqdim edərkən konkret paltarın nəyi sevməsi barədə insanlara danışıram, sanki onun üzərinə şərti təlimat əlavə edirəm. Doğrudur, hazırda bir çox müşayiətedici instruksiyaları uyğun formata gətirmək üzərində işləyirik. Buna baxmayaraq, bu irihəcmli ağır proses kağız-sənəd işləri ilə də müşayiət olunur, amma səylərimizi davam etdiririk... Hər şeyə rəğmən furnitur üzərində iş aparırıq və onu təkcə NATAVAN kolleksiyasında istifadə edəcəyik. Doğrudur, bizdə belə istehsalat yoxdur, hər şeyi xaricdə sifariş etməli oluruq. Çox təəssüf...

-Parça, fason, rəng, tikiliş və sairə - bunların hansı daha mühümdür?

-Bunların hamısı qarşılıqlı əlaqədədir. Əgər dürüst olsaq, mən bu səviyyəyə tədricən, ilbəil gəlmişəm. Gəlin baxaq, dizayner necə çalışır? O, nədənsə ilham alır. Onun üçün mütləq hansısa mənbə olmalıdır! Elə də olur ki, ağlına gələni edirsən. Əvvəlcə konsepsiya gəlir və o, real hadisəyə söykənir. Hər hansı geyim sadəcə ona uyğun olmalıdır. Çünki o, dəyər daşıyıcısıdır. Bundan sonra eskiz işlənib hazırlanır. Başqa cür ola bilməz! Eskiz, parça və konstruksiya dizaynın ayrılmaz hissələridir. Axı elə bir şey düşünmək olar ki, onu vahid bir konstruksiyaya toplamaq real olmasın! Hətta ilkin maketi yaratsan da, parça ona uyğun gəlməyəcək. Gördüyünüz kimi, bu komponentlər bir-birinə o dərəcədə bağlıdır ki, “mən dizaynerəm, mən belə görürəm” variantı sadəcə qəbuledilməzdir. Əgər bunda israr edirsənsə, onda lütfən hər şeydə bacarıqlı olduğunu, parçanın bu və ya digər formada özünü necə aparacağını, konstruksiyanın necə oturacağını və sairəni yaxşı bildiyini isbat et. Bəli, qaydaların yaxınından keçmək olar, onları pozmaq mümkündür, amma avanqard yaratmaq üçün yalnız klassikanı bilmək lazımdır! Məhz biliklər sənin harada səhv edəcəyini və ya bunu etməməyin daha yaxşı olacağını anlamağa kömək edir.

-Belə olan təqdirdə ən yaxşı geyimi müəyyən etmək olarmı?

-...Qadın! Doğrudur, bu, daha çox “obyektə” şamil olunur... Geyimə gəldikdə isə... məsələn, manekenin üzərində və ya çiyinlərdə yaxşı, hətta monumental və ayrıca incəsənət əşyası kimi görünən geyim canlı insanın üzərində özünün dəbdəbəli görkəmini itirə bilər. Yaxud əksinə, ilk baxışdan o qədər də gözəl görünməyən və uyğun fiquraya geyindirilmiş paltar müdhiş təəssürat yarada bilər... Ona görə də ilk tanışlıq həmişə ölçməyi təklif etdikdən sonra başlayır. Yalnız bundan sonra sizin çox xoşunuza gələn geyimi satın ala və ya ondan imtina edə bilərsiniz. Mən hələ də onlayn formatında paltar satınalınmasını anlaya bilmirəm. Heç vaxt özüm üçün normal bir şey sifariş edə bilməmişəm. Hər dəfə uğursuzluğa düçar olmuşam! Tövbə etmişəm. Məsələyə qayıtdıqda, ən yaxşı geyim rahat, əlverişli və keyfiyyətli paltardır. Hər hansı şalvar, sviter, pencək, don və sairə. Qarderobun ən yaxşı paltarı sizə tam uyğun gələndir. Sizin özünüzü evinizdə hiss etdiyiniz qaydada.

-Özümdən nümunə gətirərək deyərdim ki, paltarı yalnız onun məni “çağırdığı” vaxt alıram.

-Bu, düzgündür! Hətta stilistin seçdiyi təqdirdə də geyim insanın (qadının) daxili hisslərinə uyğun gəlməlidir. Mən əvvəllər dəblə geyinməyi sevirdim. Rəng palitrası ilə oynayırdım. Bir qız kimi özümə corablar, ayaqqabılar, çantalar, müxtəlif aksesuarlar seçirdim və onları tez-tez dəyişirdim. Prinsipim ondan ibarətdir ki, çəkməçi məhz öz çəkmələrini geyməlidir. Yaşım artdıqca belə bir nəticəyə gəldim ki, öz qarderobumda cəmi 10 əşya saxlamaq istəyirəm. Onların nə qədər dəyişik geyinsəm də, bu əşyalara məhdud çərçivədə baxacağam. Bununla yanaşı, aktual və şux görünməyə çalışacağam. Yəni baza qarderobu olmalıdır. Həm də o, hansı üslub və aksesuarı seçməyinizdən asılı olmayaraq, bütün məqamlara uyğun qeyri-standart elementlərə malik olmalıdır.

-Yəni 24 saat və 7 gün ərzində dəbli olmaq?

-Planetimizi həm iqlim, həm siyasi cəhətdən silkələyən qlobal kataklizmlərə baxmayaraq, mənim məqsədim yaradıcılıq balansını tapmaqdır. Hazırda kütləvi market yaratmaq o qədər də düzgün deyil. Bu, demək olar ki, israfçılıqdır. Bolluq amili insanları fərqli seçim qarşısında qoyur. Mən isə hesab edirəm ki, əcdadlarımızın yaratdığı geyimlərdən nümunə götürməliyik. Onlar parçanı əl ilə toxuyur, sonra ondan gözəl paltar tikir və illər boyu geyinirdilər. Hətta bu geyimləri irsən də ötürürdülər. Mən əlimdə belə bir paltarı tutduğumda başa düşürəm ki, öz geyimlərimə də uzun ömür bəxş etmək istəyirəm. Mən buna can atıram. Öz istədiyim parçanı tapmaq, ondan geyim hazırlamaq, ucuz olsa da bir insanın istehlakına təqdim etmək. Həmin insan biləcək ki, bu paltar üçün pul ödəyib. Bu geyim natural parçadan tikiləcək, rahat olacaq və öz sahibini uzun müddət sədaqətlə sevindirəcək.

-Söylədikləriniz moda sənayesinin postulatlarına ziddir.

-Hesab edirəm ki, zaman çox qiymətlidir. Onu mövsüm trendləri dalınca müxtəlif butiklərə qaçaraq sərf etmək düzgün deyil. Ən yaxşısı yeni nəsə öyrənməkdir. Həm də özünün daxili aləminə nüfuz edərək elementar şəkildə meditasiya etmək lazımdır. Mən müəyyən dərəcədə məhz belə kolleksiyalar yaratmağa çalışıram. Bu, trenddə qalmağa və daxilindəki hərarəti qorumağa imkan verir. Məsələn, əldə toxunmuş, əldə tikilmiş məmulatları, natural parçaları çox sevirəm və tez-tez istifadə edirəm. Həmişə yaxşı işin tərəfdarı olmuşam. Eksklüziv geyimin dəyəri də məhz bununla formalaşır.

-Buradan belə bir nəticə hasil olur ki, NATAVAN kolleksiyaları zaman və ümumdünya mövsümilik dəyərləri xaricində podiuma çıxarılır?

-Bəli, kolleksiyaları hazırladığım zaman çalışıram ki, onları dəbə uyğun “yarış” çərçivəsindən kənara çıxarım. Moda sahəsində çalışan dizayner kimi, bu gün mən bir aspirantam və çoxlu seminarlardan, müxtəlif leksiyalardan, o cümlədən profil ətrafında mühazirələrdən keçərək, deyə bilərəm ki, hazırda bu cür yarış davam edir! Məlumdur ki, bu, hər şeydən əvvəl biznesdir. Amma mənim fərdi hədəfim və şəxsi məqsədim zamanın təsirinə, tendensiyalara, trendlərə məruz qalmayan yaradıcılıqdır... Bu, həmişə aktual olacaq qarderobdur. Daim komfortlu olan. Həmçinin uzun müddət insana xidmət edə biləcək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib