Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası yenidənqurmadan sonra istifadəyə verilmişdir

Naxçıvan, 4 fevral (AZƏRTAC). Fevralın 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası yenidənqurmadan sonra istifadəyə verilmişdir.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın açılışını bildirən rəmzi lenti kəsmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, teatrın direktoru Kamran Quliyev, aktyorlar Xəlil Hüseynov və Rza Xudiyev çıxış edərək yaradılan şəraitə görə muxtar respublika teatrsevərləri adından minnətdarlıqlarını bildirmiş, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz vermişlər.

Ali Məclisin sədri Vasif Talıbov Şərqin ən qədim ənənələrə malik teatrlarından olan Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsinin muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olduğunu bildirmiş, bu münasibətlə kollektivi, muxtar respublika ictimaiyyətini və teatrsevərləri təbrik edərək demişdir ki, Naxçıvan teatrı şərəfli və çətin bir yol keçmişdir.

Qeyd olunmuşdur ki, 1883-cü ildən - teatrda ilk tamaşanın səhnələşdirildiyi dövrdən 129 il ötür. Gələn il teatrın 130-cu mövsümü olacaqdır. Bu il isə teatr 129-cu mövsümünü açır. Fəaliyyəti dövründə teatrda 402 yeni əsərə quruluş verilmiş, 929 tamaşa səhnələşdirilərək teatrsevərlərə təqdim olunmuşdur.

Aktyor sənətinin ən çətin peşələrdən biri olduğunu qeyd edən Ali Məclisin sədri teatrın əsasını qoyanların, vaxtilə bu sənət ocağında çalışmış mərhum aktyorların xatirəsini yad etmiş, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirən teatrın hazırkı kollektivinə təşəkkürünü bildirmişdir.

Ali Məclisin sədri ötən illər ərzində teatrın uğurlu yol keçdiyini diqqətə çatdırmış, ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”, - fikirlərini xatırladaraq demişdir: Fəaliyyəti dövründə teatrda varislik ənənələri pozulmamış, səhnələşdirilən əsərlər, toxunulan mövzular özünün müasirliyi ilə seçilmiş, dövrün tələblərinə cavab vermiş, daim düşündürücü olmuşdur.

Ali Məclisin sədri demişdir: Mən tələbəlik illərindən Naxçıvan teatrının daimi tamaşaçısı olmuş, burada səhnələşdirilən əsərləri, göstərilən tamaşaları izləmişəm. Lakin ötən əsrin 90-cı illərinin acı nəticələri teatrın həyatında da özünü göstərmişdir. Sonrakı dövrdə teatrın binasında təmir işləri aparılmış, yaradıcı kollektiv formalaşmış, yeni əsərlərin səhnələşdirilməsinə başlanılmışdır. Bu gün Naxçıvan teatrı zəngin repertuara malikdir. Burada yaxşı ifa ilə bərabər, sənətə yaradıcı münasibət və işə məsuliyyətli yanaşma vardır. Ötən illər ərzində teatr kollektivinin bu zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətinə görə 124 nəfər Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşdür.

Qeyd olunmuşdur ki, əsaslı bərpadan sonra bu gün istifadəyə verilən bina teatrın həyatında yeni dövrün başlanğıcıdır. Ona görə də kollektiv Yaxın Şərqin ən gözəl memarlıq abidələrindən biri olan teatr binasında bundan sonra da düşündürücü, dövrün tələbləri ilə səsləşən əsərlər səhnələşdirərək insanların mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etməli, teatrda yeni ənənələr başlamalı, rayonlardakı mədəniyyət ocaqlarında, hərbi hissələrdə vətənpərvərlik mövzularında tamaşalar göstərilməli, teatr tamaşaçı hörməti qazanmalıdır.

Binada yaradılan şərait teatrın yaradıcı kollektivinin fəaliyyətinin daha da artırılmasına, bütün dram janrlarında əsərlərin səhnələşdirilməsinə imkan verəcəkdir. Artıq teatrda məhsuldar kollektiv formalaşmışdır. Bu iş bundan sonra da davam etdirilməli, daha da mükəmməl obrazlar yaradılmalı, uğurlu əsərlər səhnələşdirilməlidir.

Ali Məclisin sədri demişdir: Bütün dövrlərdə Naxçıvan teatrının səhnəsində böyük ədiblərin əsərləri səhnələşdirilmiş, teatrın yubileyləri, o cümlədən muxtar respublikanın yubiley tədbirləri burada qeyd olunmuş və digər böyük tədbirlər keçirilmişdir. Ulu öndərimiz Heydər Əliyev də bu tədbirlərin iştirakçısı olmaqla kifayətlənməmiş, tədbirlərin keçirilməsinə rəhbərlik etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə muxtar respublikanın 80 illik yubileyi də bu binada qeyd olunmuş, teatrın kollektivi tərəfindən Nəriman Həsənzadənin “Atabəylər” əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstərilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan teatrı köklü və əsaslı teatrdır. Bu ənənələr davam etdirilməli, qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

“Binada aparılan əsaslı yenidənqurma işləri muxtar respublikada fəaliyyət göstərən tikinti şirkəti tərəfindən yüksək zövqlə həyata keçirilmişdir. Əsaslı yenidənqurma işləri aparılarkən muxtar respublikada istehsal olunan tikinti materiallarından istifadə olunmuşdur. Bir sözlə, binanın yenidən qurulmasını həyata keçirən də, bu zaman istifadə olunan tikinti materiallarını istehsal edən də naxçıvanlı ustalar, naxçıvanlı istehsalçılardır”, - deyən Ali Məclisin sədri bu işlərin görülməsində əməyi olanlara təşəkkürünü bildirmiş, bir daha kollektivi təbrik etmiş, 129-cu mövsümdə onlara uğurlar arzulamışdır.

Binada yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilmişdir ki,“Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir.

Ali Məclis sədrinin tapşırığı ilə 1 royal və 1 elektropiano alınıb teatra verilmişdir.

Teatrın fasad hissəsinə yeni üzlük vurulmuş, dam örtüyü dəyişdirilmiş, xüsusi gecə işıqlandırıcıları quraşdırılmışdır. Təmir və yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilmişdir.

Ali Məclisin sədri qastrol səfərlərini həyata keçirmək üçün teatra yeni minik avtobusunun alınması barədə tapşırıq vermişdir.

 

* * *

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında Naxçıvan muxtar respublikanın Bəstəkarlar Təşkilatı üçün də 3 iş otağı ayrılmış, 60 yerlik zal istifadəyə verilmişdir.

Teatrın binası ilə tanışlıqdan sonra Ali Məclisin sədri və tədbirin iştirakçıları teatrın tamaşa salonunda Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin ilk çıxışını dinləmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiya yönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub