Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
Ankara, 11 iyun, AZƏRTAC
Ötən əsrin əvvəllərində Osmanlı imperiyası tərəfindən inşa edilmiş tarixi Hicaz dəmir yolunun bərpası Hörmüz boğazından yükdaşımalarına əhəmiyyətli alternativ yaradacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti bu barədə Ər-Riyadda nəqliyyat şəbəkələrini genişləndirmək və dəmir yolu nəqliyyatında əməkdaşlığı gücləndirmək üçün Türkiyə-Səudiyyə Ərəbistanı anlaşma Memorandumunun imzalanmasını şərh edərkən yazıb.
İmzalanma mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edib.
Nəşr regionda ən vacib ticarət və logistika marşrutlarından birinə çevrilə biləcək dəmir yolunun bərpasını nəzərdə tutan müqavilələrin ekspert qiymətləndirmələrinə diqqət çəkib.
Yeni dəmir yolu xəttinin Suriya, İordaniya, İraq və Səudiyyə Ərəbistanını birləşdirəcəyi və Omana qədər uzadıla biləcəyi gözlənilir. Məqsəd qlobal ticarət üçün strateji tranzit yolu olan Hörmüz boğazını keçəcək alternativ dəhliz yaratmaqdır. Əslində, Körfəzi Avropa ilə birləşdirən yeni bir ticarət dəhlizi yaradılır.
Dəməşqdən Mədinəyə gedən 1322 kilometrlik dəmir yolu 1900-1908-ci illər arasında Sultan II Əbdülhəmidin hakimiyyəti dövründə inşa edilib. Məqsədlərdən biri paytaxt İstanbulu vahid dəmir yolu şəbəkəsi vasitəsilə müsəlmanların müqəddəs torpaqları ilə birləşdirmək idi. Birinci Dünya müharibəsindən sonra dəmir yolu bir neçə hissəyə bölünüb və sonradan əhəmiyyətini itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]