Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında fövqəladə hallara hazırlıq diqqət mərkəzindədir

Naxçıvan, 30 dekabr, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılıb.

Ümummilli liderimiz Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” fikri əsas götürülərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması, istehsal və sosial təyinatlı obyektlərin, yeraltı və yerüstü sərvətlərin yanğınlardan qorunması, eləcə də tikintidə, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi sahələrində qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışır. Nazirliyin maddi-texniki bazası ötən dövrdə əhəmiyyətli dərəcədə möhkəmləndirilib, peşəkar şəxsi heyət formalaşıb. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər.

Nazirliyin müvafiq qurumları üçün müasir iş və xidmət şəraiti yaradılıb

Muxtar respublikada aparılan quruculuq işləri Fövqəladə Hallar Nazirliyini də əhatə edib, nazirliyin müvafiq qurumları üçün müasir iş və xidmət şəraiti yaradılıb. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə nazirliyin inzibati binasının açılışı olub. Bundan başqa, 2007-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası və texniki qarajları yenidən qurularaq fəaliyyətə başlayıb, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad, 2013-cü ildə Şərur və Babək, 2014-cü ildə isə Sədərək rayon şöbələrinin inzibati binaları və texniki qarajları tikilərək istifadəyə verilib. Ötən dövrdə Mülki Müdafiə Alayının maddi-tədris bazasının təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, bu məqsədlə təlim mərkəzi istifadəyə verilib. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb, ölkə Prezidentinin iştirakı ilə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası istifadəyə verilib. Həmçinin bu günə kimi Mülki Müdafiə Alayına, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarına müxtəlif təyinatlı yanğınsöndürmə avtomobilləri və nəqliyyat vasitələri, 2010-cu ildə isə xidmətə vertolyot verilib, Mülki Müdafiə Alayında və Batabat qoruğu ərazisində uçuş-enmə meydançaları hazırlanıb.

Mərkəzi aparat və struktur qurumlar ixtisaslı kadrlarla təmin olunub, peşəkarlıq artırılıb

Nazirliyin mərkəzi aparatının və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması istiqamətində də mühüm tədbirlər görülüb. Əməkdaşlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Bakı Yanğın-Texniki Kollecinə, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarus Respublikasının Minsk şəhərindəki akademiyalara təhsil almağa göndəriliblər. Bu iş cari ildə də davam etdirilərək ehtiyatda olan 1 zabit, 17 hərbi vəzifəli və 1 qadın hərbi qulluqçu xidmətə, 10 nəfər mülki şəxs yanğın təhlükəsizliyi orqanlarında qulluğa qəbul edilib, Belarusiya Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetini bitirən 1 zabit müvafiq vəzifəyə təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanaraq nəşr olunub. 6 bölmədən ibarət olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilib. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilib. Bir sözlə, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə hallar orqanlarının əməkdaşlarının işinə köməklik edən və mühüm elmi əhəmiyyətə malik olan sənəddir.

Tikintisi başa çatdırılan 47 obyektin istismara hazırlığı yoxlanılıb

Bu gün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması və həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bundan başqa, əhalinin ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələrdən mühafizəsinin təşkilində operativliyi təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb, bu sahədə maddi-texniki baza gücləndirilib. Həmçinin muxtar respublikada taxılın saxlanma şəraiti, yanğın və texniki təhlükəsizlik məsələləri mütəmadi olaraq yoxlanılır. Cari ildə tikintisi başa çatdırılan 47 obyektin istismara hazırlığı yoxlanılıb, 159 sayda tikinti materialları nümunələrinin laboratoriya şəraitində sınaqdan keçirilməsi təmin edilib.

Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 4900-dən çox obyektdə yoxlamalar aparılıb

2019-cu ildə muxtar respublikada mülki müdafiə işinin təşkili ilə bağlı 5 obyektdə taktiki-xüsusi təlim, 4 obyektdə məşğələ, 5 obyektdə konfrans və 2 uşaq bağçasında tədbir keçirilib, 183 obyektdə, 136 ümumtəhsil məktəbində mülki müdаfiə işinin təşkili vəziyyəti yoxlanılıb. Həmçinin bu il yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1920 obyektdə əsaslı, 2217 obyektdə nəzəri, 788 obyektdə məqsədli yoxlamalar keçirilib, yanğın-partlayış təhlükəli 50 obyektdə, 38 istehsalat müəssisəsində, kütləvi insan toplaşan 44 obyektdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, məktəbəqədər tərbiyə müəssisələrində yanğın-texniki müayinələr aparılıb.

2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı muxtar respublika üzrə 758 qazanxananın texniki və yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılıb, 314 nəfər mövsümi işçinin ocaqçı-maşinist kurslarına cəlb olunması təmin edilib. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları Dövlət Sığorta Agentliyinin nümayəndələri ilə birgə 905 obyektin yanğından icbari sığortalanmasına nail olub.

Görülən işlər bir daha deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti bundan sonra da fəaliyyətini qarşıya qoyulan tələblər əsasında quracaq, əhalinin və ərazilərin təhlükəsizliyi naminə təxirəsalınmaz tədbirləri uğurla yerinə yetirəcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib VİDEO

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar