Naxçıvan Qarnizonu Qoşunlarında manqa komandirləri ilə ixtisas toplantısı olub
Naxçıvan, 29 aprel, AZƏRTAC
Naxçıvan Qarnizonu Qoşunlarında mühəndis ixtisaslı manqa komandirləri ilə ixtisas toplantısı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələlər zamanı mühəndis təminatı tapşırıqlarını yerinə yetirən şəxsi heyətin fərdi və kollektiv fəaliyyətdə bacarıqları təkmilləşdirilib.
Mövcud mühəndis texnikaları vasitəsilə təbii və süni maneələrdən motoatıcı və tank bölmələrinin keçidi təmin olunub, şəxsi heyət partlayış təlimində praktiki məşq edib.