Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Plov” və “Yallı” festivalları keçirilib VİDEO

Naxçıvan, 30 sentyabr, Rauf Əliyev, AZƏRTAC

Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Plov” və “Yallı” festivalları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Plov” festivalında 50 həvəskar qadın, 20 iaşə obyekti, “Yallı” festivalında isə muxtar respublikanın 14 yallı kollektivi iştirak edib.

Festivalların açılış mərasimində aparıcılar qeyd ediblər ki, qədim oğuz yurdu Naxçıvanın bugünkü sosial-iqtisadi, elmi-mədəni inkişafı burada keçirilən beynəlxalq elmi simpozium və konfranslarla, eləcə də beynəlxalq və yerli əhəmiyyətli mədəni tədbirlərlə müşayiət olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra xalq yaradıcılığının müxtəlif sahələrini əhatə edən, adət-ənənələrimizin təbliğinə yönəlmiş tədbirlərin əhatə dairəsi daha da genişlənib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu gün keçirilən “Plov” və “Yallı” festivalları da muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla, regionun bölgələrinə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanması qaydalarının nümayişi, xalqımızın ən qədim folklor nümunələrindən olan, birlik və mübarizlik rəmzi sayılan yallılarımızın təbliği baxımından olduqca əhəmiyyətli tədbirdir.

Qeyd edilib ki, plov Şərq xalqlarının süfrə mədəniyyətinə aid olan yeməkdir. Mənbələrin məlumatlarına görə, ölkəmizdə plovun 200-dən çox növü var. Bu gün festivalda nümayiş olunan müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanıb. Milli mətbəximizin incisi plov sayıldığı kimi, xalqımızın zəngin folklorunu yaşadan da yallılarımız hesab olunur. Yaşı min illərlə ölçülən yallı haqqında təsvirlərə və məlumatlara Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanlarında və ədəbiyyatımızda Nizaminin “Xosrov və Şirin” poemasında rast gəlinir.

Süfrələrimizin bəzəyi olan plov barədə danışan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə qeyd edib ki, xalq yaradıcılığının ən qədim sahələrindən olan mətbəx mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi, təbliği və tanıdılması sahələrində də muxtar respublikamızda əhəmiyyətli işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ölkəmizdə bu sahənin təbliği məqsədi ilə fəaliyyət göstərən ilk mərkəzlərdən biridir.

“Naxçıvan diyarının mətbəx mədəniyyətində bu bölgəyə xas olan yeməklər nənə və babalarımızın yaradıcılıq dünyasının geniş olduğunu göstərir”, – deyən Türkay Səfərzadə vurğulayıb ki, qədim diyarımızın mətbəx mədəniyyətində rəngarəngliyi, müxtəlif əşyaların işlənməsi, qida məhsullarının çoxluğu minillər boyu formalaşmış zəngin irsin böyük inkişaf yolu keçdiyini, yad təsirlərdən qorunaraq bu günə gəlib çatdığını göstərir. Naxçıvanda bu ləziz mətbəx nümunələrinə qonaqpərvərlik, qonağa ehtiram duyğularının da əlavə olunması həm də insanlarımızın mənəvi zənginliyini göstərir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 2012-ci ildə Azərbaycan və ingilis dillərində nəfis şəkildə nəşr olunan “Naxçıvan mətbəxi” kitabı diyarımızın mətbəx mədəniyyətinin qədim və zənginliyini öyrənmək və təbliğ etmək baxımından nadir mənbədir.

Yallılarımızla əlaqədar “Şərur” Xalq Yallı Ansamblının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Kimya Babayeva çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda 40-dan çox yallı ifa edilir. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Höynəri”, “Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Söylə”, “Nazilə”, “Qızılbaş”, “Çökəli” və digər yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yer titrədən ayaq və nərə səslərini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu özündə yaşadır.

Kimya Babayeva deyib ki, “Şərur” Xalq Yallı Ansamblı 1929-cu ildə yaradılıb, 1936-cı ildə səhnəyə qədəm qoyub. Bu günə qədər ansambl ölkədə və xaricdə keçirilən müxtəlif festivallarda uğurla iştirak edərək, mükafatlar qazanıb. Ansamblın üzvlərindən 4 nəfər Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi adına, 10 nəfər Prezident mükafatına, 2 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. Bütün bunlar kollektivin əməyinə verilən yüksək qiymətdən, göstərilən diqqət və qayğıdan xəbər verir. Bu gün Şərur rayonunda yallı ifaçılarının üç nəsli bu qədim rəqs növünü yaşadır. Şərur yeganə rayondur ki, burada həm gənc, həm ortayaşlı, həm də yaşlı nəslin nümayəndələrindən ibarət yallı ansamblları fəaliyyət göstərir. Bu da onu deməyə əsas verir ki, Şərur yallısı dünən və bu gün olduğu kimi gələcəkdə də yaşayacaqdır.

Sonra festivallara start verilib.

“Yallı” festivalında muxtar respublikada fəaliyyət göstərən yallı kollektivlərinin çıxışları olub. “Şərur” Xalq Yallı Ansamblının, Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” Yallı Ansamblının, Babək Rayon Mədəniyyət Evinin “El yallıları”, Ordubad Rayon Mədəniyyət Evinin “Nuray”, Kəngərli Rayon Mədəniyyət Evinin yallı qruplarının və digərlərinin çıxışları alqışlarla qarşılanıb.

Festivalda həvəskar qadınların və iaşə obyektlərinin hazırladığı plov çeşidlərinin, eləcə də düyüdən hazırlanan digər yemək növlərinin sərgi-satışı təşkil edilib. “Plov” festivalı çərçivəsində “Ən yaxşı plov” nominasiyası üzrə müsabiqə təşkil edilib, münsiflər heyəti tərəfindən peşəkar və həvəskar şəxslər olmaqla 2 nəfər I yer, 4 nəfər II yer, 6 nəfər III yer üzrə qaliblər müəyyənləşdirilib.

Sonra isə “Ən yaxşı plov” nominasiyası üzrə qaliblərə diplom və “Naxçıvan mətbəxi” kitabı, məişət avadanlığı hədiyyə verilib.

“Yallı” festivalında iştirak edən kollektivlərə isə fəxri fərmanlar təqdim edilib.

“Plov” və “Yallı” festivalları muxtar respublika sakinləri ilə yanaşı, Naxçıvanın qonaqları tərəfindən də maraqla qarşılanıb.

Naxçıvanda “Plov” və “Yallı” festivalları keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: “Trabzonspor” doğma meydanda “Qaziantep”ni məğlub edib

Gürcüstan müxalifəti Tbilisidə mitinq keçirib

Premyer Liqa: "Mançester Siti" səfərdə vacib üç xal qazanıb

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar