Naxçıvanın Daxili İşlər Nazirliyi Ordubadda vətəndaşlara səyyar xidmət göstərib
Naxçıvan, 15 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən əhalinin müvafiq xidmətlərə daha rahat əlçatanlığını təmin etmək məqsədilə hər ay muxtar respublikanın müxtəlif bölgələrində səyyar xidmət təşkil edilir.
AZƏRTAC xəbər verir ki, nazirliyin əməkdaşları fevralın 12-dən Ordubad rayonu ərazisində vətəndaşlara səyyar xidmət göstərirlər. Son üç gün ərzində rayonda 122 şəxsiyyət vəsiqəsi və 5 sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı vətəndaşların müraciətləri yerində həll olunub.
Qeyd edək ki, göstəriləcək xidmətin marşrut planı əvvəlcədən hazırlanaraq muxtar respublikanın Daxili İşlər Nazirliyinin rəsmi instaqram və feysbuk hesablarında paylaşılır.