İQTİSADİYYAT
Neft Fondunun ABŞ dolları portfelinin 13,1 faizi qızıl investisiyalarıdır
Bakı, 25 iyul, AZƏRTAC
İyunun 30-na ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 71 faizini, avro 18,6 faizini, funt sterlinq 4,8 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,4 faizini, Rusiya rublu 0,4 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,1 faizini, digər valyutalar isə 1,9 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2022-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilib.
Hesabata görə, ABŞ dolları portfelinin 5 milyard 944 milyon dollarlıq hissəsi (13,1 faiz) qızıl investisiyalarıdır.
Həmçinin ARDNF-in investisiya portfelinin 0,34 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.