Neftçala rayon sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb
Bakı, 25 aprel, AZƏRTAC
Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Kürkənd kənd sakini İ.Əhmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş on üç ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.